Burun tıxanıqlığını necə aradan qaldırmaq olar? - Uşaqlarda bu hal tez-tez yaranırsa...

Burun tıxanıqlığını necə aradan qaldırmaq olar? - Uşaqlarda bu hal tez-tez yaranırsa...Burun tıxanıqlığı ən çox narahatlıq yaradan, nəfəs almağa əngəl olan hallardan biridir. Uşaqlarda isə bu hal daha dözülməz olur. Ona görə də valideynlər müxtəlif üsullardan istifadə edərək bu halı aradan qaldırmağa və uşaqların normal nəfəs almasını təmin etməyə çalışırlar.
Milli.Az e-tibb.az-a istinadən Türkiyə mətbuatına istinadən burun tıkanıqlığını aradan qaldırmaq üsullarını təqdim edir:
Mütəxəssislər hesab edir ki, uşağın burun tıxanıqlığının allergik, eləcə də infeksiya ilə əlaqəli bir problem olub-olmadığını araşdırmaq lazımdır. Bəzən uşaqlarda burun içi quruluşlarına görə də burun tıxanıqlığı problemi yaşandığı müşahidə olunur. Bu, burun əti böyüməyə başlayanda da ola bilər, ancaq bütün bunlar normaldırsa, o zaman otağın temperaturu və rütubəti yoxlanmalıdır.
Uşaqlarda burun tıxanması tez-tez baş verirsə, otağın temperaturuna və rütubətinə nəzarət etmək lazımdır. Otaq istiliyi xüsusilə qışda 21-22 dərəcəni keçməməlidir. Çünki daha sərin bir mühitdə tənəffüs sistemimizin müdafiə mexanizmi daha sürətli işləyir. Burun tıkanıqlığının qarşısını almaq üçün otaq çox isti olmamalıdır.
Rütubət ölçən cihazla otağının rütubətini ölçmək lazımdır. Rütubət 45-50 faiz arasında olmalıdır. Qızdırıcılar otağın havasını çox qurudursa, bu, 20 faizə düşür. Otağın rütubətini artırmaq üçün çox sadə tədbirlər görülə bilər. Məsələn, qızdırıcının üzərinə yaş bir dəsmal qoymaq kifayət ola bilər, eyni şəkildə otaq nəmləndiricisinə də üstünlük verilir.
Çox isti və çox quru mühitlərdə infeksiya yaranması nəticəsində burun tıxanır və bu halda xəstəlik inkişaf edə bilər.
Uşaqlarda burun tıxanıqlığını necə aradan qaldırmaq olar?
Tıxanmış burnu duzlu su ilə təmizləmək tıxanıqlığını azaltmağa və mikrobları təmizləməyə kömək edir.
- Qapalı mühitlərdə daha çox olursunuzsa, çaydanda suyu qaynadıb oturduğunuz otağa qoyun. Su buxarının yaratdığı nəm tıxanıqlığın aradan qalxmasına yardımçı olacaqdır.
- Yatdığınız otağın havasını mütləq dəyişin. Gündə ən azı 20 dəqiqə yatdığınız yataq otağını havalandırın. Burun tıxanıqlığının toz səbəbindən baş verdiyi hallarda yatdığınız otaqda xalça qoymayın. Allergik burun tıkanıqlığının ən çox görülən səbəbləri xalçadakı mikroblardır.
- Burun tıkanıqlığı zamanı buruna bir damcı limon suyu damızdırmaq problemi aradan qaldırmaq üsullarından biri sayılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2568   Tarix: 24 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

makiyaj instagram gözəllik məhsulları aksessuarlar doğumu necə keçirtdim göyəm mürəbbəsinin resepti endokrin sistem ləkə üçün maskalar kosmetika baldiz tərəzi bürcü janrlar arıqla bayatılarımızda vətən həsrəti