"Bütün Azərbaycan xalqı buna görə ayağa qalxmalıdır" - Zeynəb Xanlarova
"Mən ömrüm boyu, həmişə "Türkəm" demişəm. Həmişə bütün dünyada konsertlərimdə demişəm ki, türkün qolu bükülməz. Avropa Şurasının Türkiyəyə qarşı qərəzi tək məni yox, bütün Azərbaycan xalqını qəzəbləndirib".
Xanim.az APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında xalq artisti, deputat Zeynəb Xanlarova deyib.
"Ona görə də mən çox xahiş edirəm ki, bizim Milli Məclisin adından etiraz bəyanatı yayaq. Çünki bu gün Türkiyəyə qarşı olan bu addım, sabah da bizə qarşı olacaq. Bütün Azərbaycan xalqı buna görə ayağa qalxmalıdır. Çünki bizim həmişə ağrımız olanda, birinci Türkiyə həyanımız olub. Biz də Türkiyəyə həyan olmalıyıq. Ona görə də təklif edirəm ki, Milli Məclis adından AŞPA-ya etiraz müraciəti qəbul edək", - deyə deputat bildirib.
Spiker Oqtay Əsədov isə deyib ki, bugünkü iclasda 14 deputat bu barədə etirazını bildirib və bu özü parlamentin mövqeyini əks etdirir.
Spiker bu istiqamətdə işin davam etdiriləcəyini də bildirib.
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ
Hər gün yumurta yemək olar?
Ana olmaq ehtimalım belə qorxuncdur
Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun
Məşhur reper ikinci dəfə baba oldu
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək
Məşhur aktyor vəfat etdi
Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri
Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr