Bütün çaylardan 4 dəfə güclü və faydalı çay hansıdır?

Bütün çaylardan 4 dəfə güclü və faydalı çay hansıdır?Dünyada ən çox içilən içkilərdən biri yaşıl çaydır. Yaşıl çayların içərisində isə ən çox keyfiyyətlisi Yapon yaşıl çayıdır.
Yaponlar çayı əkməzdən əvvəl torpağı çaya görə təbii gübrələrlə zənginləşdirirlər. Gübrə məqsədilə satılmayan balıqlardan təbii gübrələr hazırlayıb torpağa verirlər. Əkimdən 8 ildən sonra isə yığım başlayır.
Yığılmış yarpaqlar dünya praktikasından fərqli olaraq yaş halda dondurularaq saxlanılır. Çünki bu zaman çayın tərkibindəki yaşıllıq verən maddə olan xlorofillər qorunub saxlanılır.
Bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
Fitoterapevtin sözlərinə görə, yapon çayının xərçəng, skleroz, Alzheymer, sistem xəstəlikləri əleyhinə antioksidant özəlliyi başqa yaşıl çaylardan 100 qat daha güclüdür. Çayın tərkibində katexinlər, epiqallokatoxinlər adında antioksidantlar xərçəng əleyhinə çox güclü təsirə malikdir.
Yaponların cavan qalmasının səbəbi də yaşıl çaylardan bol-bol içmələridir. Çayların tərkibindəki aktiv maddələrin yaşlanmaya təsiri bir çox dünya ölkələrindəki labaratoriyalarda öz əksini tapmışdır. Çay piyləri yandırmaq xüsusiyyətinə malikdir. Yapon yaşıl çayı başqa yaşıl çaylardan arıqlatmaq təsirinə görə 4 qat daha güclüdür.
Yapon yaşıl çayınin detoks effekti də vardır, o, orqanizmi ziyanlı maddələrdən, ağır metal duzlarından təmizləmək üçün təsirli bir vasitədir. Yapon yaşıl çayının tərkibində L- tanin adlı maddə başqa yaşıl çaylardan 5 qat daha çoxdur. Bu maddə dopamin və serotonini stimullaşdırır, yaddaşı və əhval ruhiyyəni gücləndirir.
"Yapon yaşıl çayı başqa yaşıl çaylardan fərqli olaraq beş altı dəfə dəmlənilə bilir. Dəmlənmə üçün cəmi 1 dəqiqəyə bəs edir. 1 dəqiqədən sonra çayı stəkandan çıxarıb ikinci dəm üçün saxlamaq lazımdır. Çayın tünd yaşıl rəngdə gözəl bir görünüşü özünəməxsus spesifik ətri var", - deyə fitoterapevt bildirib.
Saglamolun.Az

Şou Biznes     Baxılıb: 1184   Tarix: 01 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

turlar.az

sac duzumleri geyim və ayaqqabılar gozel gorunmek intim hekayələr nişan geyim modelləri dirnaqlara qulluq qaydalari allergiya kosmetika atalar sozleri gözellik ikizler opusme kahfe falı