Buzlu içkiləri sevənlərə xəbərdarlıq
Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"yə müsahibəsində danışıb.
"Ən çox rast gəlinən pozuntular arasında qaynadılmamış kran suyundan istifadə, buz generatoru və buz qəliblərinin lazımi qaydada təmizlənməməsi, eləcə də yuyulmamış əllərlə işlənilməsi yer alır", - deyə o xəbərdarlıq edib.
Asiyat Abdullayevanın sözlərinə görə, buz yalnız butulkalanmış və ya əvvəlcədən qaynadılmış sudan hazırlandıqda təhlükəsiz hesab olunur. Bundan əlavə, buzun hermetik qablaşdırmada saxlanılması və çiy ət, balıq kimi məhsullardan uzaq tutulması tövsiyə edilir.
"Bulanıq buz kubları, yad qoxu və ya qeyri-bərabər quruluş buzun keyfiyyətinə şübhə yaradır. Belə hallarda həmin buzdan hazırlanmış içkidən imtina etmək lazımdır. Təhlükəsiz buz, adətən, şəffaf və təmiz olur", - deyə mütəxəssis bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Müğənni həbsxanaya göndərildi
Bu dəfə serial ulduzu olacaq
25 il sonra yenidən "Mumiya"da - Foto
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı