Cabbar Musayevdən ailə qalmaqalına reaksiya - 'Hamısı yalandır
"Mən hazırda İstanbulda klinikadayam, öz canımla əlləşirəm".
Bu sözləri azxeber.com-a açıqlamasında müğənni-bəstəkar Cabbar Musayev deyib.
Sənətçi Musayevlər arasında yaranan qalmaqalda Musa Musayevin səsləndirdiyi bəzi iddialara cavab verib:
"Mən hazırda İstanbulda klinikadayam. İnanın ki, öz canımla əlləşirəm. Bakıya qayıdan kimi bu məsələlərə ətraflı cavab verəcəyəm".
Cabbar Musayev Musa Musayevin "O, Zeynəb Xanlarova kimi sənətkara mahnısını verməyib" sözlərinə də münasibət bildirib:
"Bu iddialar tamamilə yalandır. Mən Zeynəb xanıma mahnı vermişəm, o da oxuyub. Düzdür, bu çoxdan olub. Mən indi xatırlamıram hansı mahnı idi. Sözləri də Nüsrət Kəsəmənliyə məxsus idi. Bunu o zaman Zeynəb xanımın ansambında olan musiqiçilər də təsdiqləyər. Birlikdə Azərrbaycan Televiziyasının "Bənövşəyi" adlanan studiyasına getdik və orada mahnını yazdırdıq".
Aysel Hacızadə









Hakışta
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun