Canlı yayımdakı hadisə Nazpərini qıcıqlandırdı — "Ağlınızı başınıza yığın"

Canlı yayımdakı hadisə Nazpərini qıcıqlandırdı — "Ağlınızı başınıza yığın"Xalq artisti Nazpəri Dostəliyevanın "Musiqi marafonu"nda aparıcı Lamiyyə Ələkbərqızının canlı ifa xahişini yerə salaraq, efiri tərk etməsi hələ də müzakirə olunmaqdadır.

Xalq artisti əməkdaşımızın məsələylə bağlı sualını əsəbi tərzdə qarşılayıb: Sizə nə lazımdır? Dekabrın 31-dən bu yana informasiyanız olmayıb? Üstündən bir il keçib. Xahiş edirəm, ağlınızı başınıza yığın. Bəsdir, belə axmaq-axmaq şeylərə fikir verdiniz. İmzasız bir xəbərin arxasına düşməyə dəyərmi? Görürsünüz ki, bu, məqsədyönlü yazıdır, mənim paxıllarımın yazısıdır. Bu, təxribatdır, mən də o təxribata gedən adam deyiləm".

Əməkdaşımızın "niyə canlı oxumaq istəmədiniz" sualından sonra xalq artisti dəstəyi asıb:

"Mən cavabımı dedim. Bir il keçən informasiyaya cavab verməyəcəyəm, sağ olun".

Sözügedən verilişin aparıcısı Lamiyyə Ələkbərqızı isə məsələyə belə münasibət bildirib:

"Əvvəla, bayramınızı təbrik edirəm. Hər şey yaxşıdır. Bayram günlərində işlədik, canlı efirlərdə olduq. "Biz demirik bizimlə qalın, biz sizinləyik" devizi altında bulvar konsertlərimiz, canlı marafonlarımız oldu və belə də davam edəcəyik. Xalqa işləyirik. Növbəti bayramlarda da xalqımız üçün yeni layihələr hazırlayırıq. O ki qaldı "Musiqi marafonu"nda baş verənlərə, Nazpəri xanım dekabrın 30-dan bizim efirimizdə idi. "Həyat tərzi"ndə qonaq oldu, bulvar konsertimizə də gəlmişdi, gəldiyinə görə təşəkkür edirik. "Lider" telekanalı bizim evimizdir və biz də o evin sakinləriyik. Orada çalışırıq və gələn bütün qonaqların başımızın üstündə yeri var. Ora Rusiyadan belə müğənnilər gəlmişdilər və onlar təkcə "Lider" üçün deyil, xalq üçün gəlmişdilər. Nazpəri Dostəliyeva da gəlmişdi. Ev sahibi olaraq missiyamızı düzgün yerinə yetiririk, hörmət-izzətlə yanaşırıq, məmnuniyyətlə qarşılayırıq, yola da salırıq. Mən tərəfdən bir hörmətsizlik gördünüzmü? Olmadı və ola da bilməzdi. O da marafonumuzda bir neçə saat iştirak etdi. Sonda da istədik ki, bir canlı ifa etsin. Ola bilər ki, vaxt baxımından gedəsiydi, yaxud evdə gözləyəni vardı. Mənə belə gəldi. Məni də öpüb qucaqladı getdi, dostcasına bayramlaşdıq. Növbəti verilişlərdə kanalımıza gələndə ondan canlı ifa istəyərik".

"Telekanal tərəfindən Nazpəri Dostəliyevaya qadağa qoyula bilərmi" sualına L.Ələkbərqızı belə cavab verib:

"Bu bayram günlərində belə şey etməyəcəyik. Köməkçisi də zəng vurdu, problem yoxdur. Məncə o problem yaratmaq üçün bunu etmədi. Ola bilər evdə qonaqları vardı. Bizim marafonda hamıdan çox o qaldı".

Xatırladaq ki, dekabrın 31-də "Lider" televiziyasında "Musiqi marafonu" adlı bayram proqramının qonağı olan xalq artisti Nazpəri Dostəliyeva gözlənilməz hərəkətlə yadda qalıb.

Proqramın aparıcısı Lamiyyə Ələkbərova sonda ondan canlı oxumasını xahiş etsə də, Dostəliyeva onun bu xahişini yerinə yetirməyib və proqramı tərk edib. Aparıcı gülümsəməklə vəziyyətən çıxmağa çalışıb.

Xatırladaq ki, N.Dostəliyeva üç illik qadağasından sonra son aylarda ekranlara qayıdıb.

Mənbə: Ölkə.az

Xəbərlər     Baxılıb: 2358   Tarix: 04 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

turlar.az

toy makiyajlari toy gecesi makiyaj instagram doğumu necə keçirtdim qonag otagi dizayni qadın müdafiəsi ana və uşağın ev məktəbi kosmetika seksler qiz evi ucun terezi vətənə aid vətən haqqında atalar sözləri