Cavan bacısı xərçəngdən vəfat edən Mirşahindən ÜRƏKDAĞLAYAN AÇIQLAMA

Cavan bacısı xərçəngdən vəfat edən Mirşahindən ÜRƏKDAĞLAYAN AÇIQLAMAFəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayev sosial şəbəkdə xərçəngdən əziyyət çəkən bacısının ölümü ilə bağlı ürəkdağlayan status paylaşıb.

Xanim.az həmin statusu sizə təqdim edir:

"Ana canı, bacı ruhu, vətən haqqı...
...Mənə nəyinsə, kiminsə çox təmiz, hətta müqəddəscəsinə təmiz olduğunu sübut etməyə çalışanları o qədər görmüşəm ki... Amma 2012-ci ilin martında inandığım təmizlıyə yəqin ki daha heç vaxt heç kim məni dəvət etməyəcək... Böyük bacım xərçəng xəstəliyindən vəfat etmişdi. Ömrünün son günləri olduqca ağır ağrılarla keçmişdi. Onun əzablarını yəqin ki, son anadək bacımın başının üstünü kəsdirmiş anamın çəkdiyi əzabla müqayisə etmək olar. Hər ağrı dolu harayı ilə canının bir tikəsi çıxan bacım anamın dizləri üstdə ölmüşdü. Dəfnə Bakıdan getdım. Hamı qəbristanlıqda idi. Anamı soruşdum. Dedilər mürdəşirxanadadı. Yaxınlaşdım. Başımı qapıdan içəri saldım, məni gördü... Ağlamaqdan gözləri qıpqirmızı olsa da, soyuqqanlı olmağa çalışaraq dedi: "Gəl sağollaş bacınla, bala". Bacımın alnından
öpmək istədim, bir an duruxdum. Anam tərəddüdümü duydu və dedi, "çəkinmə bala, öp, özüm yumuşam, gül kimidi..."
Mənim bacım o anda dünyanın ən müqəddəs varlığı idi. Artiq yox olsa da... Anam isə Allah qədər böyük və uca idi.
... adicə vətənlərə də yəqin elə buna görə Ana deyib bu boyda şərəfə mindirirlər.
...amma kaş vətən də öz övladının başı üstdə Allah kimi böyük və uca Ola! Heç olmasa övladının son nəfəsində! Yuya, təmizləyə və sonra da deyə: Sağollaşın, gül kimidi!" Ana adına layiq ola!"

Xəbərlər     Baxılıb: 4553   Tarix: 23 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

turlar.az

qadin dunyasi geyim seçimi donlar 2026 baliqqulagi at gucu nece hesablanir uşaq və təhsil maqazin kosmetika porno sperma mekteb sanamalar pizza