Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltihab formalaşır".
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, elmi ədəbiyyatda bu son hala "inflammaging" deyilir:
"Nə yediyimiz və necə yatdığımız bu proseslərin hər birinə birbaşa təsir göstərir.
Ən çox sübutu olan qidalanma modeli Aralıq dənizi tipli pəhrizdir: zeytun yağı, yağlı balıq, paxlalılar, tərəvəz, meyvə, qoz-fındıq və tam taxıl. İspaniyada aparılmış tədqiqatlarda zeytun yağı və ya qoz-fındıqla zənginləşdirilmiş bu pəhriz təxminən beş il ərzində ürək-damar hadisələrinin riskini 30%-ə yaxın azaldıb. Mexanizm aydındır: zeytun yağı və balıq yağının turşuları damar divarındakı iltihabı söndürür, giləmeyvə, yaşıl çay və tünd şokoladdakı polifenollar hüceyrəni oksidləşdirici stresdən qoruyur, tərəvəz və paxlalılardakı lif isə bağırsaq mikrobiotasını qidalandırır".
Mütəxəssis-ekspert bildirib ki, bağırsaq bakteriyaları lifdən qısa zəncirli yağ turşuları (məsələn, butirat) sintez edir:
"Bu birləşmələr bağırsaq divarını möhkəm saxlayır və iltihab mediatorlarının qana keçməsinə mane olur. Yaşlanmış bağırsaq mikrobiotası ilə fiziki zəiflik arasındakı əlaqə son illərin ən çox öyrənilən mövzularından biridir. Burada nə qədər yediyimiz də vacibdir. Kalori məhdudlaşdırılması heyvan modellərində ömrü uzadan ən stabil müdaxilədir. İnsanlarda aparılmış tədqiqatda iki il ərzində gündəlik kalorini təxminən 12% azaldan sağlam könüllülərdə bioloji qocalma sürətinin bir qədər yavaşladığı qeydə alınıb".
E. Məmmədov qeyd edib ki, əks istiqamətdə isə şəkərli içkilər, işlənmiş ət və ultra-işlənmiş qidalar insulinə qarşı rezistentlik yaradır:
"Zülalların şəkərlə birləşməsindən (qlikasiya) əmələ gələn məhsullar isə damar və dəri kollagenini sərtləşdirir. Dəridəki qırışların bir hissəsi məhz bu mexanizmlə yaranır".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Xəbərlər     Baxılıb: 1364   Tarix: 26 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

yay geyimləri 2026 geymler 2026 adlarin menasi dirnaqlar ucun maska öskürəyin təbii müalicəsi qadın geyim və aksessuar bulka reseptləri kosmetika novruz bayramına aid bakışta big.az arxadan olmag qizlar paxlava