Cavanlıq sirri qulaq arxasında gizlənib

Cavanlıq sirri qulaq arxasında gizlənibİnsanlar bu gün qocalmaq istəmir, yaş artdıqca hər kəs gənc və təravətli görünməyi arzulayır. Sağlam qidalanma, o cümlədən, düzgün həyat tərzi bizi məqsədimizə doğru yaxınlaşdırır.
Estetik cərrahlar isə daha fərqli üsullar təklif edir. Bu gün tibb dünyasında baş verən yeniliklər sayəsində illərə meydan oxumaq mümkündür. Artıq insanların yaşını xarici görünüşünə baxmaqla müəyyən etmək olmur.
Qadınsaytı.az Publika.az-a istinadən xəbər verir ki, qulaq arxasından alınan bir parça toxumanın laboratoriya şəraitində çoxaldılması ilə əldə edilən fibroblast üsulu ilə 10 yaş cavanlaşmaq mümkündür. Son illərdə tətbiq edilən fibroblast inyeksiyaları dərinin gənc və sağlam hüceyrələrini şəxsə geri verərək yeni kollagen sintezini həyata keçirən müalicə üsuludur.
Türkiyəli dermatoloq Eylem Acar məsələ ilə bağlı müsahibə verib. Həkim-dermatoloqun müsahibəsini təqdim edirik:
- Fibroblast müalicəsi nədir?
- Son zamanlar, başda Avropa ölkələri olmaqla, estetik cərrahlar fibroblast inyeksiya metoduna üstünlük verir. Fibroblast qulaq arxasından alınan bir parça toxumanın laboratoriya şəraitində çoxaldılması ilə əldə olunan üsuldur. Çoxaldılan toxumalar dəriyə inyeksiya üsulu ilə təkrar yeridilir. Bu hüceyrələr kollagenləri sintezləşdirərək, dərinin yenidən təravətli görünməsini təmin edir.
- Bu üsul dərini necə təravətləndirir?
- Qocalan dəri həm kollagen, həm də maye və hüceyrələrini itirir. Hüceyrə itkisindən dolayı, dərinin maye saxlamaq qabiliyyəti də (nəm tutumu) aşağı düşür. Maye azaldığı üçün dərinin parıltısı da yox olur və o, yavaş-yavaş sallanmağa başlayır. Məsələn, uşaq dərisinin su saxlama qabiliyyəti yüksəkdir, fibroblastla kollagenlər yenidən canlanır. Bu da dərinin itmiş parıltısını özünə qaytarır.
- Bu, kök hüceyrələrin köçürülməsi kimidir?
- Fibroblastlar bir növ kök hüceyrədir. Lakin fibroblastlar dərinin yetişmiş (yeniyetmə) kök hüceyrələridir. Bədəndəki bütün hüceyrələr başlanğıcda fibroblast olur. Somatik hüceyrə olduğu üçün bunun tətbiq edilməsi bir növ kök hüceyrə üsulu ilə oxşardır.
- Fibroblast nədir?
- Fibroblastlar orqanizmin birləşdirici toxuma hüceyrələridir. Yastı, uzun, ya da oval olurlar. Birləşdirici toxumanın əsas maddəsi olan və yaraların sağalması funksiyasını yerinə yetirən kollagenlər zülal istehsalından da məsuliyyət daşıyan hüceyrələrdir.
- Hansı nahiyələrdə istifadə edilir?
- Bu üsulla üzdəki qırışları və çatları aradan qaldırmaq, dodaqları formalaşdırılmaq, sızanaq izlərini, hətta uzunmüddətli dəri yaralarını müalicə etmək mümkündür. Bu zaman şəxsin özünə aid canlı alt dəri hüceyrələri, yəni fibroblastlardan dolğu maddəsi kimi istifadə edilir. Bu üsul əsasən göz ətrafı qırışlarda, dodaq kənarlarında istifadə olunur. Bundan başqa, dazlaşmanın müalicəsində də istifadə edilir.
- Kimlərə tətbiq oluna bilər?
- Bu üsulu hər kəsə asanlıqla tətbiq etmək olar. Xüsusilə, 30-55 yaş arası dəri əməliyyatlara daha tez reaksiya verir.
- Hətta diabet xəstələrində də istifadə edilə bilərmi?
- Bəli. Bu üsul diabetik yaraların sağalmasında da müalicəvi təsiri ilə tanınır.
- Biopsiya necə aparılır?
- Bu üsulun tətbiqində xəstənin qulaq arxasından 2 mm səviyyəsində toxuma nümunəsi "biopsiya" alınır. Alınan biopsiya ilə müasir laboratoriya texnologiyaları şəraitində fibroblast hüceyrələr çıxarılır. 4 həftədən sonra fibroblast hüceyrələr tətbiqə hazır hala gətirilir. Tətbiq 3 seansdır və hər seansda xəstənin dərisinə çoxlu sayda fibroblast hüceyrəsi yeridilir. Bu sahədə dəriyə inyeksiya edilən gənc və təzə fibroblast hüceyrələr həmin bölgədə fəaliyyətə keçərək kollagen və elastin istehsal edir. Dəridə güclü fəaliyyət göstərər onun cavanlaşdırır.
- Digər üsullardan fərqi nədir?
- Digər dolğu maddələrindən ən mühüm fərqi təsirinin uzun müddət davam etməsidir. Bu xüsusiyyətinə görə, ona yaxşı sərmayə də demək olar. Dolğu maddələrinin əksinə, fibrobastlar insanın öz hüceyrələrindən əldə edildiyi üçün insan bədəninə yad cisimlər daxil olmur. Beləcə, onun təbii gözəlliyi ortaya çıxır. Əks təsirləri olmadığı üçün də təhlükəli deyil.

Xəbərlər     Baxılıb: 1983   Tarix: 15 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

turlar.az

geyim seçimi toy makiyajlari qadin sayti sizanaqlara qarsi maska vətən haqqında bayatılar keyks qadın sağlamlıq kosmetika toy gecesı klitor bürcler novruz bayramina aid hakistalar rus dilini öyrənək