Çay hansı halda xərçəng xəstəliyi riskini artırır?
Türkiyə alimləri çayın qaynar halda içilməsinin zərərləri barədə xəbərdarlıq edib.
Qastroenterologiya sahəsi üzrə mütəxəssis Vedat Geralın dediyinə görə, çayın müntəzəm olaraq 65 dərəcə tempraturdan yuxarı qəbul edilməsi yemək borusu xərçənginə tutulma riskini artırır.
Alimlər Türkiyədən, Çindən, Qazaxıstandan, Tacikistandan və Özbəkistandan olan 50 min nəfər üzərində illər boyu apardığı müşahidələr zamanı belə nəticəyə gəlib.
Alimlər, bundan əlavə qeyd ediblər ki, qaynar çayı soyuq su ilə içmək, qida borusunda xora xəstəliyinin əmələ gəlməsinə və kəskin qastritin yaranmasına səbəb ola bilər, bu isə xərçəngin inkişafına yol açır.
Həkim əsasən genetik meylin xərçənginin inkişafına səbəb olduğunu, lakin qaynar çayın xəstəliyin aktiv mərhələyə keçməsi üçün bir təkan ola biləcəyini vurğulayıb. Siqaret çəkmək və içki içmək təkan verici amillərə daxildir.
Daha əvvəl qərb alimləri, yaşıl çayın xərçəkg əleyhinə olan "p53" zülal səviyyəsini artırdığını aşkar edib. Bu zülal DNT-nin bərpası üçün hüceyrələrin böyüməsini dayandırmaq daxil olmaqla, bir neçə şiş əleyhinə funksiyaya malikdir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi