Çayın MÖCÜZƏVİ FAYDASI: Qocalmanı ləngidir
Çinin Siçuan Universitetinin alimləri aşkar ediblər ki, çayın müntəzəm istehlakı onun tərkibinə daxil olan xüsusi birləşmələr, polifenollar sayəsində orqanizmin qocalma prosesini ləngitməyə kömək edir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatçılar 30-79 yaş arası təxminən səkkiz min Çin sakininin məlumatlarını təhlil ediblər. Elmi işə yaşları 37 ilə 73 arasında dəyişən altı min britaniyalı könüllünün məlumatları da daxil edilib. Tədqiqatçılar iştirakçıların yemək vərdişləri haqqında məlumat toplayıb və onlardan adətən nə qədər çay içdiklərini bildirmələrini istəyiblər.
Tədqiqatçılar, həmçinin iştirakçıların qan təzyiqini, xolesterinin səviyyəsini və bədəndə yağ faizini qeyd ediblər. Bu məlumatlar elm adamları tərəfindən subyektlərin bioloji yaşını qiymətləndirmək üçün istifadə edilib.
Məlum olub ki, müntəzəm çay istehlakı orqanizmin bioloji qocalma sürətinin azalması ilə əlaqələndirilir. Qeyd olunur ki, polifenollar, xüsusi bitki birləşmələri qocalma əleyhinə təsir göstərir. Onlar antiinflamatuar və antioksidant təsirlərə malikdirlər.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi