"Çayla şirniyyatı eyni vaxta istehlak etsəniz..." - Ekspertdən xəbərdarlıq

"Çayla şirniyyatı eyni vaxta istehlak etsəniz..." - Ekspertdən xəbərdarlıq"Novruz süfrəsi bol kalorili qidalardan ibarətdir və bu bayramda qidalanma rejimi tamamilə pozulur. Bu qidalar həddindən artıq kalorili olması ilə yanaşı, həm də artıq çəki verən qidalar hesab olunur. İnsanlar kalorili qidaları qəbul etdikdə, onun enerjiyə çevrildiyini nəzərə almırlar".
Bu sözləri Teleqraf.com-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, bayram müddəti ərzində rejimsiz qidalanma maddələr mübadiləsinin pozulması və artıq çəkiyə səbəb olur:
"Bu problemlərdən sağlam insanlarla yanaşı, əsasən şəkərli diabet, yüksək qan təzyiqindən əziyyət çəkən xəstələr daha çox təsirlənirlər. Bayramı bayram əhval-ruhiyyəsində, sağlam keçirmək, bayramdan sonra problemlərlə qarşılaşmamaq üçün yemək miqdarını mütləq şəkildə nəzarətdə saxlamaq lazımdır.
Bunun ən yaxşı yollarından biri günə bir stəkan su ilə başlamaqdır".
Ekspert insanların çəki artımın səbəblərindən birinin qidanı düzgün çeynəməməyin olduğunu qeyd edib: "Mədəyə dərhal yeməyi yükləmək düzgün deyil. Ətli, yağlı, isti yeməklərdən dərhal sonra şirniyyatları yemək olmaz. Bu problemlərin artmasına səbəb olur".
Məhsəti Hüseynova çayın şirniyyatla birlikdə qəbulunun düzgün olmadığını vurğulayıb:
"Bu müddət ərzində ən böyük problemlərdən biri də şirniyyatlarla yanaşı, normadan artıq çay istehlak olunmasıdır. Çayı şirniyyatdan 15-20 dəqiqə, hətta yarım saat sonra istehlak etmək daha düzgündür. Bu qidalar eyni zamanda qəbul edildikdə, çəkinin artmasına, mədəaltı vəzinin funksiyasının pozulmasına səbəb olur. Çayları mümkün qədər bitki tərkibli çaylarla əvəz etmək lazımdır. Gün ərzində çəkiğvə yaşa görə maye qəbul olunmalıdır. Əks halda gələcəkdə, qastrit, mədə-bağırsaq florasının pozulması, şəkərli diabet və sair xəstəliklərlə qarşılamaq ehtimalı artır".
Ekspert qeyd edib ki, idmanla məşğul olmaq mütləqdir: "Bayram vaxtı və bayramdan sonra qidalanma rejimi ilə yanaşı, fiziki aktivliyə də diqqət etmək lazımdır. Evdə də olsaq, saatlarla oturaq qalmaq olmaz. Hərəkətsiz qalmaq qan dövranın pozulmasına səbəb olur. Buna görə ev şəraitində gündəlik olaraq 15-20 dəqiqə idmana vaxt ayırmaq lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1676   Tarix: 25 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

makiyaj etmek qaydalari qadın geyimi qadin sayti nagillar faydalı qidalar zirinc faydalari qadın orqanizmi kosmetika vətən həsrəti bürcler sanama sağlamlığın sirleri vusale elizade