Çayxorlar bu yazını oxusun
"Bir insanın kofeinə dözümsüzlüyü yoxdursa, gün ərzində qəbul edilən üç-dörd fincan çay təhlükəli olmayacaq".
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Yevgeni Belousov bildirib.
Onun sözlərinə görə, bu dozanın aşılması həddindən artıq kofein qəbulu ilə nəticələnə bilər və həmçinin qaraciyər, böyrək və mədə zədələnməsi riskini artırar.
"Hər hansısa bir xəstəliyiniz varsa, çay dozasını Həkiminizlə məsləhətləşməlisiniz. Çayın orta səviyyədə istehlakı sağlamlıq üçün faydalı hesab olunur: onun tərkibində antioksidantlar, polifenollar və flavonoidlər, vitaminlər və minerallar var", - Belousov qeyd edib.
Həkim həmçinin çaya şəkərin əlavə edilməsinin içkini sağlamdan zərərli hala gətirə biləcəyini vurğulayıb.
Qeyd edək ki, alimlərin fikrincə yaşıl çay ağız boşluğunun mikrob tərkibinə təsir edərək periodontit riskini azaldır. Bundan əlavə, krampların səbəblərindən biri olduğuna inanılan hormonabənzər maddələr olan prostaqlandinlərin istehsalını boğaraq menstrual ağrıları aradan qaldıra bilər.
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi