Cazibədar aktrisa Nurgül Yeşilçayın həyat tərzi
Türkiyəli aktrisa Nurgül Yeşilçay "All" jurnalı üçün fotosessiya etdirib.
Cazibədar aktrisa sözügedən jurnala müsahibə verib. Müsahibəsində o, həyat tərzindən söhbət açıb.
Aktrisa bildirib ki, o, gündəlik həyatda makiyajdan istifadə etmir. Səhərlər üzünü gül suyu ilə yuyan 39 yaşlı aktrisa tennis oynamağı da çox sevir. Pəhrizi isə heç sevməyən aktrisa ürəyi istədiyi zaman istədiyini yediyini də vurğulayıb. Gözəllik haqqında sualları cavablandıran Yeşilçay dərisini gözəlləşdirmək üçün xüsusi bir şey etmədiyini də vurğulayıb.
Hər zaman daxili hisslərinə güvənən aktrisa "Hər şeyi əhvalıma uyğun edirəm. Mağazalara girəndə özümü itirmirəm. Sevdiyim geyimə parça qədər sadiq qalanlardanam" - deyib.
İndiki həyatla yaşayan aktrisa müsahibəsində keçmişə, yaxud gələcəyə kilidlənən insanlardan olmadığını xüsusi qeyd edib:
"Var olanın, xoşbəxtliyin qiymətini bilirəm. Xoşbəxt olduğumu anlaya bilirəm. Ümumiyyətlə bizlər xoşbəxtliyini sonradan anlayan biriləriyik. Ona görə də keçmişini, 'Ah o günlər' deyə yad edənləri heç sevmirəm. Belə insanlardan çox sıxılıram. Yəni hər yaşı zamanında yaşamağı sevirəm. Həyatdakı qaydaları sevirəm, kiçik oyunlar kimi... Həyatı gözəlləşdirir. Getdiyi bir tətildə başqa bir yerin həsrətini çəkmək, sevdiyin insanlarda başqa insanları axtarmaq, yaşadığın gözəlliklərin qiymətini bilməmək, zamana və özünə qarşı edilmiş ən böyük haqsızlıqdır ".













Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Bu saatlarda çölə ÇIXMAYIN
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Aspirin xərçəng riskini azaldır?
Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?
Azərbaycan elminə ağır itki - FOTO
Koreyalı aktyorun cəsədi tapıldı
Sənin üçün o qədər darıxmışam ki
1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
Həkimdən qorxuducu XƏBƏRDARLIQ - Bu əlamətlər astmanın xəbərçisi İMİŞ