Cəbhədə şiddətli atışma davam edir: 2 əsgər də yaralandı
Dağlıq Qarabağda iki erməni əsgəri yaralanıb.
Qadinsayti.az xəbər verir ki, bunu işğalçı dövlətin Müdafiə nazirliyinin sözçüsü təsdiq edib. Artsrun Ovannisyanın sözlərinə görə, yaralılar 32 yaşlı Qaqik Poqosyan və 24 yaşlı Kajik Badalyandır.
Onlar müqavilə əsasında xidmət edirmiş.
Xəstəxanaya yerləşdirilən Badalyanın vəziyyəti ağırdır.
Hər iki hərbçinin Xankəndindəki hospitaldan Yerevandakı hərbi xəstəxanaya aparıldığı qeyd olunur. Daha bir erməni əsgərin isə Xankəndi hospitalında olduğu bildirilir. Ermənistan tərəfi hələ ki yaralı sayının neçə nəfər olduğunu rəsmən açıqlamayıb.
Ovannisyan "Facebook" səhifəsində cəbhədəki vəziyyətin stabil olduğunu yazıb.
"Lragir.am"ın məlumatına görə isə, "Təsis parlamenti" müxalifət hərəkatının üzvü Syuzan Simonyan bir neçə əsgərin yaralandığını, lakin onlardan sadəcə ikisinin adını bildiyini sosial şəbəkədə yazıb: "Mən sadəcə iki yaralının adını bilirəm: Poqosyan Qaqik Valerik 1984-cü ildə, Qriqoryan Kajik Zaxar 1993-cü ildə dünyaya gəlib. Bir neçə nəfər Martunidə yaralanıb."
Azərbaycan Müdafiə Nazirliyin mətbuat xidmətindən bildirilib ki, erməni silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır: "Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir"./interaz/
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş