Ceki Çanın ölüm xəbəri ilə bağlı AÇIQLAMA
71 yaşlı Ceki Çan bazar ertəsi axşamı ölümü ilə bağlı şayiələrin mərkəzinə düşüb. Facebook və digər sosial şəbəkələrdə onun vəfat etdiyini iddia edən yalan paylaşımlar yayılıb.
azxeber.com Lent.az-a istinadən xəbər verir ki, saxta paylaşımlar Ceki Çanın xəstəxana otağında olduğunu göstərən süni intellekt ilə yaradılan foto və yanlış doğum–ölüm tarixləri ilə müşayiət olunub. Postlardan birində belə yazılıb:
"Bu gün dünya kinematoqrafiyasının ən dəyərli insanı, aktyor, böyük kung-fu ustası, yoluxucu gülüşü ilə milyonların sevimlisi Ceki Çan dünyasını dəyişdi".
İronik olaraq, süni intellekt tətbiqi Grok istifadəçilərin suallarına cavab verərək vəziyyəti aydınlaşdırıb:
"Xeyr, bu, feykdir. Ceki Çan sağ və sağlamdır. 2025-ci il noyabrın 11-də tədbirdə iştirak edib. O, filmlərdə və reklam layihələrində fəal olaraq fəaliyyətini davam etdirir. Ölüm xəbərləri sosial şəbəkələrdə yayılan saxta paylaşımlardan qaynaqlanıb".
Bir çox sosial şəbəkə istifadəçiləri qəzəblərini ifadə ediblər:
"Facebook"da belə yalan paylaşım görəndə az qaldım inanım ki, Ceki Çan doğrudan da ölüb".
Bu, 2025-ci ildə Ceki Çan haqqında yayılan ilk "ölüm xəbəri" deyil. Daha əvvəl onun həyat yoldaşı Coan Lin tərəfindən guya təsdiqləndiyi iddia olunan oxşar xəbər də yayılmışdı. Həmin foto da süni intellektlə yaradılmış saxta təsvir çıxmışdı.









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın