Çexov və təbabət

Çexov və təbabətBöyük rus yazıçısı Anton Pavloviç Çexovun anadan olduğu gündən artıq 150 il ötür. Moskva universitetinin tibb fakultəsini 1884-cü ildə bitirdikdən sonra Anton Pavloviç yaxşı praktik həkim kimi çalışmağa başlayır. A. P. Çexov özü üçün qərar verir ki, bu həyatda onun başlıca işi insanlara şəfa verməkdir.
Məktubların birində Çexov zarafatyana, amma tam ciddi və mətləbə uyğun israr edir: "Təbabət mənim kəbinli arvadımdır, ədəbiyyat isə - məşuqəmdir". Həkimlik təcrübəsinə Anton Pavloviç Moskva ətrafında yerləşən Zveniqorod və Çikin şəhərlərində başlamış, Moskvada da şəxsi təcrübə ilə məşğul olurdu.
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, Moskva ətrafında kirayələdiyi evin qapısında asdığı lövhəciyin üstündə yazılmışdır: "Doktor A. P.Çexov". Doktor Çexovun mizinin üstündə həmişə iki alət olardı: həkim çəkici və stetoskop. Onun qəbuluna gələnlər zəngin deyildi, Anton Pavloviç bununla bağlı zarafatlaşırdı: "...Kübar evlərdə müalicə edirəm. - Bax, indi qrafinya Kellerin evinə gedirəm... aşpazı xəstələnib və Voyeykovagilə - qulluqçusuna baxacam".
Melixovdakı pasientlərin əksəriyyəti kəndlilər idi. Fligelinin eyvanında bir bayraq ağacı quraşdırmışdı. Çexov evdə olanda kiçik qırmızı bayraq sancırdı, yerli sakinlər bunu görcək onun qəbuluna gələ bilərdi.
Qəbul günləri kiçik malikanə ambulatoriyaya çevrilirdi, gələnlər təkcə Melixovdan deyildi, yaxın kəndlərdən də gələn olurdu. Həkimlik təcrübəsi sayəsində Anton Pavloviç kəndlilərlə yaxşı münasibət qurmuşdu. A.P.Çexov yazırdı: "...Kəndliləri və dükançıları ələ almışam. Biri qan qusur, birinin əli ağacın altında qalıb əzilib, birinin qızı xəstələnib.... Sən demə, mənsiz onlara çox çətindir. Hamı hörmətimi saxlayır, görəndə ehtiramla baş əyirlər".
1892-1893-cü illərdə orta Rusiyada vəba epidemiyası tüğyan edəndə, doktor Çexov böyük fəallıq göstərir, bir çox adamlara imdad edirdi. A.P. Çexov Melixovda müalicə məntəqəsi yaratmağı özünə borc bilir, həmin məntəqə üçün öz vəsaiti ilə avadanlıq da almışdır: "Mənim sahəmə 25 kənd, 4 fabrik və 1 monastır baxır. Səhər xəstələri qəbul edirəm, günorta yola düşüb evlərə gedirəm". Onun vəba ilə ciddi mübarizəsi öz nəticəsini verdi. Sonralar Anton Pavloviç yazırdı: "Yayda yaşayışımız çətin idi, amma indi elə bilirəm ki, heç bir yayım bu ilki kimi yaxşı keçməyib. Məni payızadək çənginə alan vəba vəlvələsinə, pulsuzluğa baxmayaraq, mən yaşamaq istəyirdim, yaşamağı sevirdim". Sonradan Serpuxov qəzasının zemstvo iclasında sanitar şuranın təklifi ilə qərar qəbul edildi: "Qəzanın həkimlik təşkilatının işində təmənnasız iştirakına görə Doktor Anton Pavloviç Çexova minnətdarlıq bildirmək".
Çexovun böyük xidmətləri arasında "Cərrahiyyə salnaməsi" jurnalının yeni "Cərrahiyyə" adı ilə nəşrinin bərpası üçün maliyyə yardımı aldığını qeyd etmək vacibdir. Çexov yazırdı: "Yaxşı cərrahi jurnalı xilas etmək 20000 uğurlu əməliyyat etmək qədər yararlıdır..." Xəstəliyinə görə Yaltaya köçdükdən sonra Çexov həkimlik etmədi, kənardan tibbi nailiyyətləri izləyir, daim xüsusi jurnalları mütaliə edir, tibbi ədəbiyyatı izləyirdi.
Tibbi mövzu Çexovun bədii yaradıcılığının da ayrılmaz hissəsidir. Həmkarı, məşhur rus nevro­patoloqu Q.İ.Rossolimoya yazırdı: "Söz yox ki, tibbi elmlər mənim ədəbi yaradıcılığıma ciddi təsir göstərib. Təbabət mənim müşahidələrimin dairəsini genişləndirib, mənə elə biliklər verib ki, yazıçı üçün onların dəyərini yalnız özü həkim olan anlayar; bu biliklər mənə istiqamət verirdi, ola bilsin ki, tibbə yaxınlığım məni çox səhvlərdən qoruyub..."
A.P.Çexovun nəsri üçün xas olan dəqiqlik və obyektivlik onun tibbi müşahidələrinin məhsuludur. Akademik İ.A.Kassirskiy bununla bağlı yazırdı: "Çexovun əsərlərində insanın ruhi durumunun müxtəlif çalarları elmi gerçəkliklə təsvir olunub: xoş ovqatı, eyforiya vəziyyəti, həyəcan, təşviş və qorxu hissi".
Belə ki, albalı bağının aqibətindən xəbər gözləyən Panevskayanın "qəlbi hər səsdən titrəyir". Tale yüklü qərarı gözləyən bir kəsin həyəcanını bundan yaxşı ifadə etmək olmaz. Çexov öz qəhrəmanlarının keçirdiyi xəstəliyi və ölümü elmi dəqiqliklə təsvir edib. Misal üçün, "Qara rahib"də Kovrinin sayıqlaması ilə ayıq vəziyyəti, "Tutma" və "Palata №6" hekayələrinin qəhrəmanlarının halı da tam gerçəkliklə təsvir olunub.
"Poprıqunya" hekayəsində vəfat etmiş Dımov barəsində deyilir: "Sinəsi hələ istidir, əlləri və alnı isə soyuqdur". Bunu yazan həkimdi... Həkim olmayan belə yaza bilməz. Yazılıb ki, Dımovun sifətində "tanış təbəssüm" donmuşdu. Bu da düzgün müşahidədir: ölümün ilk anlarında əzələlər yığılır və sifətdə təbəssümə bənzər ifadə yaranır.
Adi həyatda da, yaradıcılıqda da A.P.Çexov daim həkim olaraq qalırdı. Məşhur rus psixiatrı və publisist N.N.Bajenov yazırdı: "Qoy dünya şöhrətli yazıçı adı ilə yanaşı, rus həkimlərinin qəlbində özü ilə rus tibbi cəmiyyətini bəzəyən şəxsiyyət haqqında işıqlı, unudulmaz bir xatirə qalsın".
Milli.Az

Xəbərlər     Baxılıb: 1665   Tarix: 02 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

geyim seçimi sac duzumleri qaşların formalari tortlar göyəmin faydası uşaq psixologiyası zaur ve gunay kosmetika tanisliq intim munasibetler novruz hakistasi seksual xanım az