Ceyran Rəhimova: "Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım

Ceyran Rəhimova: "Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım. Çünki açıq-saçıq geyinmədən də gündəmdə olmaq olar. Son vaxtlar mənim "Instagram" hesabım açıqdır. Təbii ki, şərhlərin hamısı xoşagələn deyil. Bu, ola da bilməz. Aralarında qərəzli şərhlər də var. İnsan özü bilir, həmin qərəzli şərhləri kimlər yazır. Lakin müsbətlər də var. Ona görə deyirəm ki, vacib deyil açıq-saçıq geyinib gündəm yaradasan. Müəyyən adamlar var idi ki, o dövrdə efirə çıxanda geyimi, hərəkəti davranışı ilə. Axı sən həyatda bu deyilsən. Bəs niyə kamera qarşısına çıxan kimi belə oldun, dəyişdin? Sən bir oxuduğun mahnıya, onun yazarına, bəstəkarına bax, ondan sonra. Axı sənin oxuduğun xalq mahnısı, muğamla geyimin düz gəlmir. Ona görə geyimlərinə müdaxilə edirdim".
Sözləri aparıcı Ceyran Rəhimova verilişlərin birində deyib. O, fəaliyyət göstərdiyi dövrdə qarşılaşdığı rəqabətdən söz açıb. Aparıcı verilişinin bağlanmasını istəyənlərin olduğunu etiraf edib:
"Mən onları görmürdüm. Həmişə öz işimlə məşğul olmuşam. Verilişin efirə getməyini istəməyənlər də var idi. Verilişi efirdən çıxarmaq istəyiblər. Amma yenə də öz işimdə olmuşam. Onlardan bezib televiziyadan getdim. Artıq elə şeylərlə mübarizə aparmaqdan yoruldum. Ona görə də düşündüm ki, getsəm, yaxşıdır. Həmin insanlar bu gün heç televiziyada deyil, uzaqlaşıblar".
C.Rəhimova son aylarda yaşadığı itkilərdən danışıb:
"Güclü qadın ifadəsini sevmirəm. Qadına güclü sözünü yaraşdırmıram. Qadın incə, zərifdir. Amma həyat bizi gücləndirir. Biz güclü olmağa məhkumuq. Həyatımda nə qədər çətin anlar olsa da, onların öhdəsindən gəlmişəm. Amma itki insanı gücdən salır. İstər kişi, istərsə də qadını. Son 10 ayda həyatımda iki ağır itki oldu. Gördüm ki, həqiqətən də gücümü itirmişəm. Dünyasını dəyişmək asandır, amma onun dərdini çəkmək çətindir". 
Qeyd edək ki, C.Rəhimova uzun illər AzTV-də "Sən bir nəğmə" verilişinin aparıcısı olub. Bu yaxınlarda aparıcı tezliklə efirə qayıdacağını bildirmişdi.
Aparıcının bir müddət əvvəl bacısı vəfat edib.
///Axşam.az / azxeber.com

Şou Biznes     Baxılıb: 1552   Tarix: 15 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf

Müğənni Serdar Ortaç həmkarı Ebru Gündeşlə bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, sənətçi bu barədə türk mediasına danışıb. Serdar Ebru ilə heç vaxt sevgili olmadıqlarını deyib. Sənətçi etiraf edib ki, Ebru Günde

.

Aparıcıdan diqqət çəkən paylaşım: "Sizi çox gözəl tanıyıram

Tanınmış aparıcı Lalə Əlimuxtarovanın sosial şəbəkədə etdiyi paylaşım izləyicilərin diqqətini cəlb edib. xəbər verir ki, aparıcı paylaşımında onun haqqında danışan insanlara xəbərdarlıq edib. O, ətrafındakı insanlara güvənmədiyin

.

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Müğənni Rəqsanənin qızı Yağmur adında dəyişiklik edib. xəbər verir ki, sosial şəbəkədə Yana adı ilə tanınan Yağmur, artıq rəsmi şəkildə adını Yana olaraq dəyişdirdiyini açıqlayıb.  Ad dəyişikliyinin səbəbi ilə bağlı isə ətrafl

.

18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı

Rəqqasə Fatimə Fətəliyeva oğlu ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında 18 yaşı tamam olmayan oğlu Hüseynin avtomobil idarə edərkən lentə alınan görüntülərini yayımlayıb. Videod

.

Artıq ana olmağa hazıram' - Hadisə

Türkiyənin məşhur müğənnisi Hadisə şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlama verib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ana olmaq istədiyini bildirib,ş. Konsertində izləyiciləri ilə söhbət edən müğənn

.

Xanəndənin atası faciəvi şəkildə öldü

Ötən gün Qobustanda "Mercedes-Benz" və "Toyota Prius" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Qəzada həyatını itirən "Mercedes"in sürücüsü 61 yaşlı Zakir Ağayev xanənd

.

Maykl' filmindən tarixi rekord

Mərhum pop kralı Maykl Ceksonun həyatından bəhs edən "Maykl" filmi tarixin ən çox gəlir gətirən bioqrafik filmi olub. xarici mətbuata istinadən xəbər verir ki, aprelin sonunda nümayişə çıxan ekran əsəri dünya üzr

.

Hadise və Gülşen onu məhkəməyə verir

"Qızımın bu hala düşməsinin səbəbi Hadise və Gülşendir" deyən müğənni Umut Akyürekə Gülşen və Hadise məhkəmə iddiası qaldırıblar. Hadise və Gülşeni hədəf alan açıqlamalarını davam etdirən Akyürek "Mən Hadisən

.

ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama

Müğənni Nuran ilə ARB TV arasında gərginlik yarandığı iddia olunub. xəbər verir ki, bu barədə müğənni özü məlumat verilib. Məlumata görə, buna səbəb müğənninin öncədən lentə alınmış görüntü və açıqlamalarının heç bir rəsm

turlar.az

kosmetik vasiteler həkim məsləhəti kosmetoloq ana və uşağın ev məktəbi üz maskaları həzm orqanları pəhriz diet kosmetika masturbasiya fitat intim vətən janrlar