Çiban. Səbəblər və ev şəraitində müalicə. FOTO

Çiban. Səbəblər və ev şəraitində müalicə. FOTOÇiban latın dilində "furunculus"dur. Piy vəzi və ya tük kisəsi iltihablaşır, orada irin yığılır və nəticədə çiban əmələ gəlir. Furunkullar əsasən üzdə, boyundə, beldə müşahidə olunur.
Bəzən bədəndə eyni zamanda bir neçə furunkul əmələ gələ bilər ki, bu hal "furunkulyoz" adlandırılır. Bu ciddi xəstəlikdir. Xəstədə hərarətin qalxması, intoksikasiya (halsızlıq, əzələ ağrıları və s.) kimi simptomlar meydana çıxa bilər. Belə xəstə mütləq həkimə müraciət etməlidir.
Çibanlar sizi tez-tez narahat edirsə, bu orqanizmdə olan hər hansı ciddi pozulmanın əlaməti ola bilər. Bu halda həkimə müraciət etmək və tam müayinədən keçmək lazımdır.
Çibanların əsas səbəbləri arasında:
- gigiyena qaydalarına diqqət etməmək
- düzgün olmayan qidalanma (orqanizmə həddindən çox miqdarda heyvan zülalların və şəkərin daxil olması)
- immun sisteminin zəifləməsi
- mübadilə proseslərinin pozulması
- ciddi hormonal dəyişikliklər (məsələn, yeniyetmələrdə çibanlara tez-tez təsadüf edilir).

Çiban kiçikdirsə (5 mm qədər) onu ev şəraitində müalicə etmək olar. Çiban daha iridirsə, üzdə yerləşirsə və ya çibanlar çoxdursa, mütləq həkimə müraciət edin. Çibanların müalicəsi ilə cərrah məşğul olur.
Ev şəraitində "yetişməmiş" çibanın üzərinə "Vişnevski" və ya "İxtiol" məlhəmi ilə olan sarıq qoymaq lazımdır. Bunun üçün steril bintin üzərinə məlhəm çəkilir, çibanın üzərinə qoyulur və plastrla dəriyə bərkidilir. Sarığı hər gün dəyişmək lazımdır. Çıbanın ətrafında olan dəri antiseptiklə ("perekis", spirt) işlənməlidir.
Çibanı sıxmaq, kəsmək olmaz. Bu çox təhlükəlidir!
Çiban "yetişəndə" onun içində olan irin çölə axır. Yaranı və ətrafda olan dərini antiseptiklə silmək və yaranın üzərinə antibakteril məlhəmlə (məsələn, Levomekol məlhəmi ilə) sarıq qoymaq lazımdır. Bunu yara bağlanana qədər edin. Yaranın sağalması gecikirsə, yara daim nəm olur, içindən irin axırsa, həkimə müraciət edin.
Müalicə zamanı zülallı və şirin qidaları azaltmaq, daha çox meyvə, tərəvəz yemək lazımdır.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 3872   Tarix: 07 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

yaz geyimleri 2026 toy makiyaji sekilleri kosmetika mehsullari atalar sözləri veten haqqinda blincik hazirlanma qaydasi gənc ana 2026 geyim kolleksiyalari kosmetika veten haqqinda atalar sozu hakista sozler burclər opusme burcler haqqinda