Çiçəklərin tozları və bəzi qidalar allergiyaya səbəb olur

Çiçəklərin tozları və bəzi qidalar allergiyaya səbəb olurYazın gəlişi ilə təbiət oyanır, əhvali-ruhiyyə yüksəlir. Təbiətin oyanmasının müsbət təsirləri ilə yanaşı mənfi fəsadları da var. Xüsusilə allergiyası olanlar yaz gələn kimi əziyyət çəkməyə başlayırlar. Çiçəklərdə gedən tozlanma prosesi onlarda allergik reaksiyalar əmələ gətirir.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-allerqoloq Aynurə Mənsimovanın dediyinə görə, hər il mart ayında həmin allergiya növü ilə əlaqədar şikayətlər artır, əlamətlər isə fərqli olur: "Pollinozun başqa forması tozcuq bronxial astmadır. Bronxial astma xəstələrinə isə boğulma, təngnəfəslik, xışıltılı tənəffüs kimi əlamətlər xasdır. Aparılan müayinə zamanı ağciyərlərdə quru fitverici xırıltılar özünü büruzə verir".
Mütəxəssislər allergiyası olanların xüsusilə yaz aylarında qida rasionuna daha çox diqqət yetirməli olduğunu bildirirlər. Qida allergiyasının klinik əlamətləri əsasən qidanın istehlakından sonra 2 dəqiqədən 2 saat müddətində meydana çıxır. Bunlara dəridə səpgi, qızartı, ağız nahiyəsində qıcolma, nəfəsalmada çətinlik, huşun itməsi, qarında spazm kimi əlamətlər aiddir. Novruz bayramında nəzərə almaq lazımdır ki, bəzi qida məhsulları və təamlar da allergik reaksiyaya səbəb ola bilər. Məsələn, yumurta çox güclü allergik məhsul sayılır. Qoz, fındıq, yerfındığı və başqaları da allergik qida hesab olunur.
Mövsümü allergiyaların birdəfəlik tam müalicəsi olmasa da, xəstəlikdən əziyyət çəkənlər hər il həkim tərəfindən təyin olunan müalicəni davam etməlidirlər. "Mövsümü allergiyaları aradan qaldıran vasitə olmasa da, allergik peyvəndlərlə, ola bilər spesifik immunoterapiya ilə bədəndəki həssaslıqlar, yəni xəstədə hansı allergenə həssaslıq varsa, ona qarşı peyvənd edilir",- deyə həkim-allerqoloq bildirib.
Mütəxəssislər allergiyaya qarşı bir sıra profilaktik tədbirlərin görülməsini məsləhət görürlər. Mövsüm dəyişikliyi dövründə allergiya yarada biləcək qidalardan uzaq olmaq və çiçəklərin tozlanmasının ən çox səhər saatlarında olduğunu nəzərə alaraq həmin saatlarda vacib olmadığı halda evdən çıxmamaq tövsiyə edilir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1166   Tarix: 22 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamiləlik donlar 2026 sac duzumleri elm haqqinda atalar sozu sümük və saç qrip və soyuqdəymə qadin saytlari kosmetika xeyanet bakire novruz hakısdası azərbaycan novruz hakista