Çili bibəri (Capsicumfrutescens, annuum)

Çili bibəri (Capsicumfrutescens, annuum)Çili bibəri kəskin dadına görə kulinariya sahəsində ən böyük rol oynayan məhsullardan biridir. Tarix boyun çili bibərindən dünya mətbəxlərində istifadə edilib. Çili bibərini Avropa ölkələrinə Xristafor Kolumb gətirib. O Amerikada ekspedisiyalarda olan zaman Avropa ölkələrinə lobya, tütün, müxtəlif tərəvəzlər və çili bibəri gətirmişdir. Ekspedisiyada iştirak edənlər İspanola adasında əhalinin "aksi" adlandırdığı çili bibərini çox bəyənmiş və özləri ilə Avropaya gətirmişlər. Ekspedisiyada iştirak edənlər əvvəlcə çili bibərini bəzək bitkisi kimi bəyənmiş və sonralar onun meyvəsindən də istifadə etməyə başlamışlar.
Çili bibəri uzun, qırmızı rəngdə və içərisi toxumlarla dolu olur. Karib adalarında onu meyvə kimi qiymətləndirir və yeyirlər. Çili bibərinin idxalı İspaniyaya çoxlu qazanc gətirir. Avropa ölkələri arasında ən çox çili Macarıstanda yetişdirilir. Macarlar özlərinin temperamentli olmalarını səbəbini çili bibəri yemələrində görürlər. Bu ölkəyə çili bibəri türklər tərəfindən gətirilib. Macarıstanda çili bibərinin yetişdirilməsi türklərin işğalından sonra başlanıb.
Çili bibərinin müxtəılif növləri var. Onlar bir-birindən formasına və görünüşünmə görə fərqlənirlər. Quru dərilmiş çili bibərini soyuducuda 5-6 gün saxlamaq mümkündür. Bu müddətdən sonra onun qabığı solmağa və büzüşməyə başlayır. Çili bibərini sirkədə, duzlu suda və bitki yağında saxlamaq olur. Çili bibərini qurutduqdan sonra onu üyüdüb saxlamaq da mümkün olur.
Bəzi hallarda çili bibərini polietilen paketdə dondurucuda da saxlayırlar. 100 qram çili bibərinin qida dəyəri:
- Zülallar - 2 qr
- Yağlar - 0,2 qr
- Karbohidratlar - 1,5 qr
- Su - 90,2 qr
- Kalori - 40 kKal.
Çili bibərinin tərkibində çoxlu vitaminlər, niasin, xolin, fol turşusu, tiamin, beta karotin, pridoksin, riboflavin, askorbin turşusu, marqanes, dəmir, sink, kalsium və fosfor var. Çili bibərinin tərkibindəki vitaminlər və mikroelementlər orqanizm üçün çox faydalıddır.
Az miqdarda çili bibəri yemək iştahanın artmasına, həzm sisteminin və metobolizmin normallaşmasına səbəb olur. Kəskin acı çili bibəri beynin və qaraciyərin fəaliyyətini yaxşılaşdıdır.
Atereskleroz, yuxusuzluq, allergiya, soyuqlama, bronxial astma, epilepsiya, hepatit xəstəliklərindən əziyyət çəkənlər çili bibəri yedikdə xəstəliklərin əlamətləri azalır. Çili bibəri yemək bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır və onların böyüməsini ləngidir. Çili bibəri yemək orqanizmdə endorfinin miqdarının artmasına səbəb olur. Bu da insanın stresslərə, əsəb gərginliklərinə qarşı olan davamlılığını artırır. O qan dövranını yaxşılaşdırır, immun sistemi möhkəmləndirir və ağrı hissinin aradan qalxmasına səbəb olur. Araşdırmalar zamanı çili bibərinin şəkərli diabet xəstələrinə faydalı olduğu sübut olunmuşdur.
Çili bibərinin zərərli xüsusiyyətləri
Çili bibəri yeyərkən diqqətli olmaq lazımdır. Onu açıq yaralara, gözlərə sürtdükdə güclü yanğı hissi meydana çıxır. Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən xəstələrə çili bibəri yeyərkən ehtiyatlı olmaq məsləhət görülür. Çili bibəri yemək qıcqırma hissinin meydana çıxmasına səbəb olur. Buna görə də onu az miqdarda yemək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1931   Tarix: 27 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

sade makiyaj sekilleri aksessuarlar adlarin menasi gavalı salatı kişi xəyanəti reseptlər intim pozalar kosmetika qaynanaya aid veten haqqinda bayati baliq burcu kondom faydalı məsləhətlər