Çimərlik geyimləri təhlükə saçır – Diqqət etməli olduğunuz 5 nüans

Çimərlik geyimləri təhlükə saçır – Diqqət etməli olduğunuz 5 nüansBütün qadınlar çimərlikdə gözəl görünməyə çalışır. Lakin onların çoxu səhv seçilmiş çimərlik paltarının sağlamlığa vura biləcəyi zərəri düşünmür.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, tibb elmləri namizədi, mama-ginekoloq Olqa Nojnitseva təhlükəli çimərlik paltarlarından danışıb.
O, beş əlamətə diqqət yetirərək doğru çimərlik geyimini seçməyin mümkün olduğunu bildirib.
1. Çimərlik geyimi sinəni birbaşa günəş işığından qorumursa...
Sinənin dərisi, xüsusən də döş nahiyəsindəki dəri çox zərifdir. Bu hissələr günəş işığına çox həssasdır. Bundan əlavə, il ərzində sinə paltarla örtülür. Bir qadın dərinin yalnız kiçik bir sahəsini qoruyan çox kiçik bikini ilə çimərlikdə günəş vannası qəbul edərkən, süd vəziləri ultrabənövşəyi radiasiyanın şok dozasını alır.
Bu, ən yaxşı halda vaxtından əvvəl qocalma əlamətlərinə - qırışlar, ləkələr və s. səbəb olacaq. Ən pis halda isə bədxassəli şişlərin meydana gəlməsi ilə nəticələnə bilər.
2. Çimərlik geyimi döşləri sıxırsa...
Geyimin üst hissəsi doğru seçilməlidir. Yük hər iki tərəf arasında bərabər paylanmalıdır. Bu, xüsusilə böyük döşləri olan qadınlar üçün keçərlidir. Asqısız çimərlik geyimi məsləhət görülmür. Çünki bu üslub yumşaq toxumalara təzyiq göstərir. Bu təzyiq təkcə döşlərin sallanmasına deyil, daha ciddi problemlərə də səbəb ola bilər. Süd vəzinə göztərilən təzyiq qan dövranını pozur. Buna görə həm xoşxassəli şişlər, həm də xərçəng şişləri yarana bilər.
3. Çimərlik paltarında təhlükəli boyalardan istifadə olunubsa...
Uzun müddət geyindikdən sonra çimərlik geyiminiz bir az solubsa, narahat olmayın - bu normaldır. Ancaq dərinizə rəngli zolaqlar çıxırsa, istehsalçının keyfiyyətsiz boyalardan istifadə etdiyindən şübhələnmək lazımdır.
Bu cür boyalar təhlükəlidir, çünki onlar yalnız dəri ilə deyil, həm də selikli qişalarla birbaşa təmasda olur və qıcıqlanmaya səbəb ola bilər.
4. Çimərlik geyimi allergik reaksiyalar yaradırsa...
Bütün süni parçalar - polyester, akril, mikrofiber, poliamid, neopren - allergik reaksiyalara səbəb olur. Bunlar qaşınma, qızartı, səpgi kimi dəri problemlərinə gətirib çıxara bilir.
Əgər allergiyanız varsa, çimərlik paltarınızı dənizə və ya hovuza geyinməzdən əvvəl mütləq sınaqdan keçirin.
Hipoalerjenik parçalara, məsələn, pambığı nümunə göstərmək olar. Ondan hazırlanmış çimərlik paltarının xoşagəlməz simptomlara səbəb olması ehtimalı azdır.
5. Çimərlik geyiminiz yavaş quruyursa...
Bikini və mayoların əksəriyyəti çox tez quruyan parçalardan hazırlanır. Bu, təkcə rahatlıq üçün nəzərdə tutulmayıb. Həm də qadınların kişilərə nisbətən daha tez-tez əziyyət çəkdiyi infeksiya riskini minimuma endirmək üçün vacib amildir. Fakt budur ki, rütubət və istilik patogen bakteriyaların genital bölgədə çoxalması üçün ideal şərait yaradır.
Çimərliyə iki çimərlik paltarı götürmək lazımdır - birində çimmək, digərində günəş vannası qəbul etmək olar.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1932   Tarix: 17 iyul 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

kosmetika mehsullari yemek reseptleri gozel gorunmek qış tədarükü çanta konservləşdirilmiş məhsullar erotik fantaziya kosmetika haqisda salam burcler haqqinda ziyafet geyimleri baldiza aid