Çindən Ankaraya təxliyə edilən azərbaycanlıların analizlərinin nəticələri sabah məlum olacaq
İndiyə qədər Çindən Türkiyəyə təxliyə edilən şəxslərdə, o cümlədən təyyarədəki heyət üzvlərində koronavirus əlaməti aşkarlanmayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Səhiyyə naziri deyib ki, təxliyə edilənlərin hər biri xəstəxanada ayrılıqda təcrid olunmuş otaqlara yerləşdiriliblər: "Təxliyə edilənlərdən götürülən nümunələrin analizlərinin nəticələrinin isə sabah məlum olması gözlənilir. Karantin müddəti 14 gündür".
Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 21.12-də Çinin Uhan şəhərində aralarında 6 Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyəsini həyata keçirən Türkiyənin "Koca Yusuf" ambulans-təyyarəsi Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib. Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində "Koca Yusuf" sərnişinləri və təyyarədəki 20 heyət üzvü xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb. Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.
Milli.Az /news.milli.az









Şampun saç tökülməsinə səbəb ola bilər?
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Albalının xərçənglə mübarizədə rolu
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi
Hasan Can Kaya nişanlandı
Ayaq və əllərdə göbələk varsa, belə edin
Bu içki kişiləri prostat xərçəngindən qoruyur
Çinlilər oyanandan sonra bunu edirlər
Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri
Qadınların bədənindən əllərinizi çəkin' - Hadisədən tənqidlərə cavab
İpək Tuzcuoğlu 'Kıskanmak'la vidalaşır
Pulsuz bilet üçün məni narahat etməyin' - Hüseyn
Onu öz klipimdə görməyi arzulayırdım' - Muradın arzusu çin oldu
Qəhvə buna da xeyir imiş
Bizdə istedadlı, tərbiyəli insanları yox, məşhurları sevirlər