"CinemaPlus" "Maşın Şou"nun rəsmi tərəfdaşı oldu
"CinemaPlus" kinoteatrlar şəbəkəsi, təşkilatçısı "M Group Production" olan ən reytinqli realiti-şou "Maşın şou"nun rəsmi tərəfdaşı oldu. 15-ci mövsümün "Xanımlar və cənablar" adı altında ilk efir buraxılışı oktyabrın 8-i saat 22:15-də ATV kanalında baş tutacaq. Yenə də ən ağıllı, güclü və dözümlü iştirakçını müəyyən etmək üçün maşın ətrafında 18 nəfər ulduz iştirakçı toplaşacaq.
Şounun aparıcısı həmişə olduğu kimi Azərbaycanın əməkdar artisti Murad Dadaşov olacaq.
Həmçinin, "CinemaPlus" kinoteatrlar şəbəkəsi şounu tərk etmiş hər bir "Maşın şou" iştirakçısına öz yeni məhsulu olan – "Hədiyyə kartı" təqdim edəcək.
Qeyd edək ki, "Maşın şou" 2005-ci ildə yerli televiziya efirinə çıxıb və tamaşaçılar 12 il ərzində realiti-şounun 14 mövsümünü izləyiblər.
"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etməyə və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin