"Çingiz bilirdi ki..."- Prezidentin şəhid ailəsi ilə görüşündə çıxışının TAM MƏTNİ -VİDEO

"Çingiz bilirdi ki..."- Prezidentin şəhid ailəsi ilə görüşündə çıxışının TAM MƏTNİ -VİDEOÇingiz Qurbanov bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Keçən il dekabrın 29-da sizin oğlunuz əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. Böyük diversant qrupu ilə təkbaşına üz-üzə qalmasına baxmayaraq, geri çəkilmədi, qorxmadı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır. Biz Çingizlə fəxr edirik, bütün Azərbaycan Çingizlə fəxr edir. Bu bir daha göstərmişdir ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. Böyük vətənpərvərlik, peşəkarlıq və rəşadət göstərmişdir".
Azərbaycan Prezidenti vurğulayıb ki, mənfur düşmən bu dəfə də öz qeyri-insani mahiyyətini bütün dünyaya göstərdi:
"Bir aydan çox Çingizin nəşini qaytarmaq istəmirdilər. Azərbaycan dövləti çox böyük səylər göstərmişdir. Eyni zamanda bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmamışdır. Biz birgə səylərlə nail olduq ki, Çingizin nəşini Vətənə qaytaraq. Bakıda təntənəli vida mərasimi keçirilmişdir, sonra Çingiz doğulduğu Qusar rayonuna aparılmış və orada da təntənəli mərasimlə torpağa tapşırılmışdır. Fürsətdən istifadə edərək, bütün Qusar rayon sakinlərinə öz hörmətimi bir daha ifadə etmək istəyirəm. Qusarlılar Çingiz kimi qəhrəman övladı Azərbaycana bəxş etmişlər".
İlham Əliyev bildirib ki, dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi:
"Çünki keçən ilin aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat göstərməyə cəhd etmişdilər. Ancaq bu təxribat nəticəsində özləri peşman oldular. Azərbaycan Ordusu onlara elə bir zərbə vurdu ki, bu günə qədər də özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi, generallar vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində təşviş hökm sürürdü və bu gün də davam edir".
Dövlət başçısı xatırladıb ki, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib, indi o torpaqlarda bərpa işləri aparılır və Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar:
"Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin, çox çalışdı ki, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məsələ ilə bağlı mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Biz öz torpağımızdayıq, bizim Ermənistan torpağına iddiamız yoxdur, baxmayaraq ki, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Ancaq biz öz torpağımızı heç kimə verən deyilik. Ona görə, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir".
Prezident qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər:
"Apreldən sonra Ermənistan müxtəlif yollarla çalışırdı ki, bu məsələyə digər ölkələri cəlb etsin. Ancaq onların bütün səyləri boşa çıxdı, heç bir nəticə vermədi. Məhz Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatın törədilməsi bu məqsədi güdürdü ki, Ermənistan üzv olduğu təşkilatı bu işə cəlb etsin. Bu dəfə də alınmadı. Ona görə ki, Azərbaycan Çingizin simasında bir daha qəhrəmanlıq göstərdi. Ona görə ki, Ermənistan bir daha gördü ki, hətta bir əsgərimiz onların canlı qüvvəsinə bərpaolunmaz zərbə vura bilər və belə də oldu. Biz öz torpağımızı müdafiə edirik, bizim işimiz haqq işidir".
İlham Əliyev bildirib ki, bu məsələdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bütün Azərbaycan cəmiyyəti birdir, həmrəylik göstərir, bu bizim ümumi məsələmizdir və biz haqlıyıq:
"Çünki həm tarix, həm də beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Eyni zamanda bu gün Azərbaycan Ermənistanla müqayisədə qat-qat üstün ölkədir - təkcə iqtisadi və hərbi potensialına görə yox. Çingiz kimi övladlarımız bizim üstünlüyümüzü bir daha göstərdi. Onun üz-üzə qaldığı insanların sayı 10-dan çox idi. Yəqin ki Çingiz bilirdi ki, ölümə gedir. Yəqin ki bilirdi ki, o, qeyri-bərabər döyüşdən salamat çıxmayacaq. Buna baxmayaraq, o, vətən torpağını müdafiə etmək üçün ölümə getdi və şəhidlik zirvəsinə yüksəldi. Bütün Azərbaycan Çingizlə fəxr edir. Mən sizə minnətdaram ki, belə gözəl övlad böyüdüb Azərbaycana bəxş etmisiniz. Çingiz ölməyib, o bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, hərbçi üçün ən yüksək adla təltif olunub, ona Milli Qəhrəman adı verilib. O, bizim qəhrəmanımızdır, onun adı əbədiləşdiriləcək və həmişə bizim ürəyimizdə yaşayacaq.
Dünən Çingizin 3 mərasimi idi. Mən bu gün sizi dəvət etmişəm ki, yüksək mükafatı - Milli Qəhrəman qızıl ulduzunu sizə təqdim edim".

Xəbərlər     Baxılıb: 2178   Tarix: 09 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

turlar.az

kosmetoloq toy makiyajlari qadın geyimi qadin dunyasi.az xallarin menasi alin yazisi xanim qafarova masqalar kosmetika sağlamlığın sirleri azerbaycanli is adami amerikada gullelendi vetene aid atalar sozleri qiz adlari zehmet ve zinet