Çiy suyun sağlamlığımız üçün faydaları. Bunu hər kəs bilməlidir!

Çiy suyun sağlamlığımız üçün faydaları. Bunu hər kəs bilməlidir!Böyük şəhərlərdə yaşayan insanların əksəriyyəti qaynanmış su içir. Mütəxəssislərin fikirinə görə, bu çox pis vərdişdir.
Təmiz çiy suyun tərkibində insan sağlamlığı üçün çox faydalı olan bir çox mineralların ionları var. Bu minerallar arasında: kalsium, maqnezium, natrium, kalium və s. Həmçinin suyun tərkibinə azot, oksigen, inert qazları da daxildir. Bu "diri" sudur. Bu su həm orqanizmə lazım olan mineralları bəxş edir, həm də orqanizmin hüceyrə səviyyəsində təmizlənməsinə, yenilənməsinə kömək edir.
Qaynanmış suyu isə bir çox mütəxəssislər "ölü su" adlandırırlar. Məsələ burasındadır ki, qaynanma zamanı suda tək mikroblar deyil, bütün faydalı maddələr də "ölür". Belə ki, minerallar həll olunmayan çöküntüyə çevrilir və orqanizm üçün faydasız olur, oksigenin miqdarı isə xeyli azalır.
Bu səbəbdən çiy suyun qəbulu insan sağlamlığı üçün daha faydalıdır. Lakin "çiy su" deyəndə mütəxəssislər kranlardan gələn suyu yox, xüsusi təmizlənmiş və dükanlarda butulkalarda satılan suyu və ya bulaq suyunu nəzərdə tuturlar. Bulaq suyu xüsusilə faydalı sayılır.
Dükanlarda butulkalarda satılan su tanınmış etibarlı istehsalçılar tərəfindən istehsal olunmalıdır. Bu halda bu suyun faydasından və təhlükəsizliyindən əmin olmaq olar. Lakin bu halda da suyu əlavə yoxlamadan keçirmək olar. İstehsalçını yoxlamaq üçün suyu xüsusi laboratoriyaya analiz üçün verə bilərsiniz. Su bütün lazım olan tələblərə cavab verərsə, bu istehsalçının suyunu əminliklə alıb içə bilərsiniz.
Lakin sizdə təmizlənmiş suyu və ya bulaq suyunu qəbul etmək imkanı yoxdursa, ən azından krandan gələn suyu düzgün qaynadın ki, onun tərkibi daha az dəyişilsin. Bunun üçün suyu təmiz qaba doldurun və 2 saat ərzində evdə saxlayın ki, su durulsun. Daha sonra suyu qaynadın.
Lakin suyun uzun müddət ərzində qaynamasına imkan verməyin, qaynama başlayan kimi çaydanı oddan götürün. Bu halda su həm dezinfeksiya olunacaq, həm də tərkibində olan mineralalların əksər hissəsi saxlanılacaq. Bu suyu uzun müddət ərzində saxlamayın və həmişə yalnız təzə su için.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1924   Tarix: 19 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

sac duzumleri geyim dəbləri geymler 2026 mayasiz pizza xemiri maraqlı faktlar almaniya haqqinda melumat salat reseptləri kosmetika novruz hakista arxadan olmag klitor sağlamlığa aid atalar sözləri vətən haqqında bayatı