Çiyələyin faydaları

Çiyələyin faydalarıÇiyələk çoxillik ot bitkisinin meyvəsi olub gülçiçəklilər fəsiləsinə aidir. Çiyələk kolunun hündürlüyü 15-35 santimetrə qədər qalxır və ağ çiçəklər açır. Çiyələk çiçəkləri 5 ləçəkdən ibarət olur və çiçəkləndikddən 20-26 gün sonra meyvə yetişir. Onun yarpaqlarının kənarları dalğalı və yaşıl rəngdə olur. Çiyələyə meşəlik ərazilərdə, bostanlarda rast gəlmək mümkündür. Onu həyətyanı sahədə yetişdirmək də mümkündür. Çiyələk azkalorili giləmeyvədir. Amma ondan hazırlanan siroplar, kompotlar və mürəbbələr haqqında eyni sözləri söyləmək olmaz. Bu qidalardan çox istifadə eləmək piylənməyə səbəb ola bilir.
100 qram çiyələyin qida dəyəri:
- Zülallar - 0,7 qr
- Yağlar - 0,3 qr
- Karbohidratlar - 5,7 qr
- Su - 91 qr
- Kalori - 30 kKal.
Çiyələyin tərkibində çoxlu miqdarda su, suda həll ola bilən və bilməyən maddələr, şəkər və turşular var. Çiyələyin tərkibində olanlar onun növündən və becərilməsindən asılı olaraq arta və ya azala bilir. Çiyələk tərkibində saxaroza, fruktoza və qlükozanın miqdarı az olan giləmeyvələrdəndir. Təzə dərilmiş çiyələk gözəl ətirə və dada malik olur. Bunun səbəbi isə onun tərkibində olan təbii turşular, mineral maddələr, zülallı maddələr, vitaminlərdir. Çiyələyin tərkibində orqanizm üçün lazım olan qədər kalsium(126mq), fosfor(85 mq), kalsium(41 mq), natrium(28mq), maqnium(22mq), dəmir(13 mq), yod(8mq), askoprbin turşusu(50-120mq) var. Onun tərkibində olan P aktiv maddələri rənginin tünd olmasına səbəb olur. Çiyələyin tərkibinin 0,2-0,6%-ni fol turşusu təşkil edir. O A, B1, B2, E, PP, K vitaminləri ilə zəngindir.
Çiyələyin tərkibində olan B9 vitamini orqanizmə qanartırıcı təsir göstərir. Bu vitamin yaddaşın yaxşılaşmasına da səbəb olur.
Tərkibində olan sink cinsi aktivliyi artırır. Hər gün çiyələk yemək orqanizmə viaqra təsiri bağışlayır. Nəticəni görmək üçün yatmazdan əvvəl çiyələk yemək lazımdır. Çiyələk yemək ürəyin işini yaxşılaşdırır, damarların elastikliyini artırır, sinir sistemini sakitləşdirir.  Böyrək daşı, qaraciyər və öd kisəsi xəstəlikləri zamanı, pankreatitdə, şişkinliklərdə, oynaq ağrılarında çiyələk yemək çox faydalıdır. Çiyələk yemək böyrəklərin və sidik kisəsinin iltihabı xəstəliklərinin əlamətlərini azaldır. Atereskleroz, diabet, podaqra, anemiya, leykoz, qəbizlik, qastrit, mədə və onikibarmaq yarası, zob xəstəlikləri zamanı çiyələk yemək xəstəliklərin əlamətlərini azaldır. Çiyələk həzm sistemini sürətləndirir, orqanizmə antimikrob təsir bağışlayır, avitaminozun aradan qalxmasına səbəb olur, dərini gözəlləşdirir, angina və stomatit əlamətlərini aradan qaldırır.
Çiyələk yemək orqanizmə antioksidant təsir bağışlayır və xərçəng əleyhinə təsir göstərir.
Çiyələk yemək dərinin rəngini yaxşılaşdırır, elastikləşdirir, onu yumşaldır. Çiyələik tərkibli maskalar dəriyə müsbət təsir edir. Ən yaxşı dəri maskası çiyələk, xama və ya qaymaq qarışımından hazırlanan maskadır.
Çiyələyin zərərli xüsusiyyətləri
Çiyələk allergiyaya səbəb ola bilir. Qaraciyər və bağırsaq sancılarından əziyyət çəkənlərə çiyələk yemək məsləhət görülmür.
Appendesit xəstələri də çiyələk yeyərkəın diqqətli olmalıdırlar.
Hamilə qadınlara və azyaşlı uşaqlara çiyələk yemək məsləhjət görülmür. Çiyələyin tərkibində olan bəzi maddələr təzyiqin qalxmasına səbəb ola bilir. Bu səbəbdəın də yüksək təzyiqi olanlara çoxlu miqdarda çiyələk yemək məsləhət görülmür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1181   Tarix: 26 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

qadın geyimi reseptler gelinlikler kələm salatı sağlamlıq xəbərləri is qurmagin yollari geyim 2026 kosmetika saglam qidalanma xerceng yumurta tərəzi bürcü bayatı