Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?Son günlər əhali arasında geniş yayılan və müxtəlif əlamətlərlə müşahidə olunan xəstəlik narahatlıq doğurur. Bir çox insan uzun müddət davam edən qripəbənzər simptomlardan şikayət edir, bəzilərində isə xəstəlik fərqli formalarda özünü göstərir və sağaldıqdan sonra yenidən qayıtdığı iddia olunur.
Milli.Az xəbər verir ki, infeksionist Mərdan Əliyev mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, hazırda müşahidə olunan xəstəliklər, əsasən, kəskin respirator virus infeksiyaları ilə bağlıdır:
"Bu qrup xəstəliklərə qripəbənzər infeksiyalar daxildir və adətən, burun axması, boğaz ağrısı, öskürək, burun tutulması və bir çox hallarda qızdırma ilə müşahidə olunur. Daha ağır hallarda isə əzələ və sümük ağrıları da yarana bilər".
Həkim qeyd edib ki, insanlar arasında müxtəlif əlamətlərin müşahidə olunması tək bir virusla bağlı olmaya bilər:
"Bu əlamətlər bir virusun əlaməti olmaya bilər. Çünki bəzən eyni vaxtda bir neçə virus dövrədə olur. Ümumiyyətlə, bu qrup xəstəlikləri təxminən 200-ə qədər virus törədir. Bu səbəbdən insan bir virusdan sağaldıqdan sonra digərinə də yoluxa bilər".
Onun sözlərinə görə, bəzi hallarda müşahidə olunan göz qızartısı adenovirus infeksiyasına xas əlamətlərdən biri hesab olunur:
"Bu zaman qızdırma və gözdə qızartı müşahidə olunur ki, buna konyunktivit deyirik. Eyni zamanda, burun axması və digər əlamətlər də olur. Bu, adətən, uşaqlarda daha yüksək qızdırma verir. Boğaz ağrısı, bəzən angina kimi hallar da müşahidə edilə bilər".
İnfeksionist əlavə edib ki, bəzi xəstələrdə səs tutulması da qeydə alınır və bu daha çox paraqrip virusları ilə əlaqəli olur:
"Bundan əlavə, influenza, yəni mövsümi qrip virusu da daha ağır gedişlə müşahidə oluna və əzələ ağrıları ilə özünü göstərə bilər".
Həkim insanların tez-tez xəstələnməsi və ya xəstəliyin yenidən qayıtması məsələsinə də aydınlıq gətirib:
"Bu, əksər hallarda eyni virusun təkrarlanması ilə deyil, müxtəlif viruslara dalbadal yoluxma ilə bağlı olur. İnsan bir virusa yoluxur və həmin vaxt immun sistemində zəifləmə müşahidə olunur. Bu səbəbdən növbəti virusa daha asan yoluxa bilər. Eyni virusa qısa müddətdə yenidən yoluxma çox rast gəlinən hal deyil. Çünki xəstəlikdən sonra orqanizmdə müəyyən immunitet yaranır, anticisimlər əmələ gəlir".
Mütəxəssis vətəndaşlara mövsümi virus infeksiyalarından qorunmaq üçün gigiyena qaydalarına riayət etməyi, xəstə şəxslərlə təmasdan mümkün qədər uzaq durmağı və simptomlar uzun müddət davam edərsə, həkimə müraciət etməyi tövsiyə edib.

Xəbərlər     Baxılıb: 1011   Tarix: 22 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

turlar.az

yaz geyimleri 2026 toy makiyaji sekilleri geyim və ayaqqabılar bilincik resepti məlhəmlər qarazire faydalari kosmetika novruz bayramina aid hakisdalar insan bakire sekisler bayatı