Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?

Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?"Diş əti qanaması əksər hallarda diqqətdən kənarda qalsa da, bu hal ciddi sistem xəstəliklərinin erkən əlaməti ola bilər".
Milli.Az xəbər verir ki, bunu türkiyəli ağız, diş və çənə cərrahı Ümit Selçuk deyib.
Onun sözlərinə görə, diş əti xəstəlikləri erkən mərhələdə aşkar olunmadıqda irəliləyərək diş itkisinə səbəb ola bilər:
"Diş fırçalayarkən və ya öz-özünə baş verən qanamalar sağlam ağız üçün normal sayılmır. Bu, çox vaxt diş əti xəstəliklərinin ilk siqnalıdır. Sadə bir qanama kimi görünən bu vəziyyət əslində altda yatan iltihabi prosesin göstəricisidir. Vaxtında müdaxilə edilməzsə, sümük itkisi və diş itkisi qaçılmaz ola bilər".
Qeyd edib ki, ağız sağlamlığı ümumi sağlamlıqla birbaşa əlaqəlidir. Xüsusilə şəkərli diabet xəstələrində diş əti problemlərinin daha sürətlə inkişaf etdiyini bildirib.
Bildirib ki, periodontal xəstəliklər diabet, ürək-damar və bəzi tənəffüs yolu xəstəlikləri ilə əlaqəlidir.
"Ağız boşluğundakı xroniki infeksiyalar orqanizmdə iltihabı artıraraq ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Ağız sağlamlığı ümumi sağlamlığın güzgüsüdür və buna görə də laqeyd yanaşılmamalıdır", - deyə əlavə edib.
Gündə ən azı iki dəfə düzgün texnika ilə dişlərin fırçalanmasını, diş ipindən istifadəni və ağız baxımı qaydalarına riayət olunmasını tövsiyə edib.
O, həmçinin vurğulayıb ki, ağız və diş sağlamlığının qorunmasında mütəmadi stomatoloji müayinələr mühüm rol oynayır:
"İldə ən azı iki dəfə diş həkimi müayinəsi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına imkan verir. Bu da həm müalicəni asanlaşdırır, həm də daha ciddi problemlərin qarşısını alır".
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 1023   Tarix: 19 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

turlar.az

yay geyimləri 2026 makiyaj etmek qaydalari reseptler yuxu yozmalar goyemin faydalari gundelik burcler qara noqteler ucun uz maskalari kosmetika novruz bayramına aid hakışda xocali həsən bəy zərdabi tanisliq vusale elizade