Çobanyastığı çiçəyinin faydalarını bilirdinizmi?

Çobanyastığı çiçəyinin faydalarını bilirdinizmi?Mürəkkəbçiçəklilər fəsiləsinə aid olan çobanyastığı yol kənarlarında və boş ərazilərdə özbaşına bitən xoş ətrə malik sarı-ağ rəngli çiçəklər açan bir bitkidir. Bu bitkinin çiçəklərindən müalicə – profilaktik və kosmetik məqsədlə dünyanın bir çox ölkələrində istifadə edilir.
Çobanyastığının faydalarından danışarkən, ilk növbədə onun antiseptik, ağrıkəsici, antiallergetik, antiiltihab, sakitləşdirici vasitə olduğunu qeyd etmək lazımdır. Çobanyastığının dəmləməsi mədə-bağırsaq, dəri, ağız boşluğu, tənəffüs yolları, qadın xəstəlikləri və digər xəstəliklər zamanı çox xeyirlidir. Ondan həmçinin irinli yaraların, xoraların yuyulmasında, göz xəstəliklərinin müalicəsində də istifadə edilir.
Çobanyastığı iştahanı açır, sinirləri sakitləşdirir, baş, bel və diş ağrıları zamanı müsbət təsir göstərir. Sidikqovucu, hərarətsalıcı və mikroböldürücü xüsusiyyətlərə malikdir.

Çobanyastığının çayı və yağı tibbdə çox istifadə edilir. Çobanyastığı çayı dərini təmizləmək və təravətli etmək baxımından da çox faydalıdır. Bu çayla gözə kompres etmək gözdəki şişkinliyi aradan qaldırır. Çobanyastığı dəmləməsi ilə vanna qəbul etmək bədənin dərisinə mikroböldürücü təsir göstərir. Saçları bu dəmləmə ilə yumaq onlara parlaqlıq verir.

Çobanyastığı yağı ağrıların müalicəsində də istifadə olunur. Əsasən də uşaqların qarın nahiyəsindəki sancı, ağrı (ağrı əsasən köp zamanı olur) zamanı çobanyastığı yağı isidilir və əllə qarın nahiyəsi yüngül masaj edilir. Çobanyastığını qaynadıb buxarı ilə tənəffüs etmək soyuqdəymə və sinusitdə xeyirlidir.

Xəbərlər     Baxılıb: 2089   Tarix: 31 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

Günün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna gör

.

Arıqlama iynələri möcüzədirmi?

Arıqlama iynələri son dövrün ən çox danışılan sağlamlıq trendlərindən biridir. Bəs bu dərmanlar həqiqətən möcüzədirmi və qalıcı çəki itkisi üçün təkbaşına kifayətdirmi? Yoxsa düzgün planlaşdırma və nəzarət olmadan istifad

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi

Nigeriyada ölümcül Lassa qızdırması epidemiyası səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib. xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatına görə, xəstəlik ölkənin müxtəlif ştatlarında yayılmaqda davam edir

.

Acqarına idman etmək OLAR? – Mütəxəssis xəbərdarlıq edir

Səhər yeməyi etmədən idmanla məşğul olmaq yalnız yüngül fiziki fəaliyyətlər zamanı uyğun hesab olunur. Daha ağır və intensiv məşqlərdən əvvəl isə orqanizmin enerji ilə təmin edilməsi vacibdir. Əks halda, başgicəllənmə v

.

Bir stəkan pivə sağlamlıq üçün faydalı imiş

Araşdırmaya əsasən, hərdənbir bir stəkan pivə içməyin sağlamlıq üçün gözlənilməz faydaları ola bilər. .  xəbər verir ki, bir stəkan pivə gündəlik B6 vitamini ehtiyacının təxminən %15-ni qarşılaya bilir. Eyni effekt alkoqolsu

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər

"Alzheimer" xəstəliyi ilə bağlı aparılan yeni araşdırmalar ağız və diş sağlamlığının əhəmiyyətini bir daha gündəmə gətirib. Mütəxəssislərin fikrincə, diş əti xəstəliklərinə səbəb olan bakteriyalar "Alzheimer"

turlar.az

sade makiyaj sekilleri geyim şəkilləri geyim və ayaqqabılar toy ucun dizayn xatire islamin sekilleri yay geyim 2026 otaq dizaynları kosmetika pehriz şebnem tovuzlu novruz hakışdaları arıqla suni mayalanma