Çölyak xəstəliyindən əziyyət çəkən uşaqlarda çəkidən geriqalma və ishal qeydə alınır

Çölyak xəstəliyindən əziyyət çəkən uşaqlarda çəkidən geriqalma və ishal qeydə alınırBütün dünyada yayılan seliakiya və ya çölyak xəstəliyi genetik pozulmadır. Belə xəstəlikdən əziyyət çəkən uşaqların bağırsağına çox az miqdarda belə qlütenli qida - un məmulatı, çörək, buğda, makaron növləri, süd, mannı sıyığı, aşağı sortlu kolbasa, sosis, o cümlədən konfet, dondurma, mayonez, kofe, kakao, ketçup və s. düşərsə, nazik bağırsağın divarlarında atrofiyalar nəticəsində xovların sayı dəfələrlə azalır, iltihab yaranır. Nəticədə onlarda çəkidən geriqalma, ishal, nəcis xarakterinin pozulması, polifekaliya, ödemlər, erkən kariyes, D vitamini defisi nəticəsində raxit, qusma, qarında ağrılar, dəmir və bir çox vitaminlərin çatışmazlığı ilə əlaqədar immunitetin zəifləməsi qeydə alınır. Valideynlər bu zaman diqqətli olmalıdırlar. Belə ki, əgər uşaqlar belə qidaları qəbul edəndən sonra həmin hallar təkrarlanırsa, ciddi müayinəyə ehtiyac var. Odur ki, gecikmədən pediatra müraciət etsinlər. Çünki bu, bağırsaqda xoralara kimi gətirib çıxara bilər.
Milli.Az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova deyib.
Pediatrın sözlərinə görə, xəstəliyə antiqliadin antitel təyini, onikibarmaq bağırsağın distal hissəsinin biopsiyası, 6 ay qlütensiz pəhrizdən sonra əlamətlərin yaxşılaşması, koproqramda zonulin zülalının artmasının qeydə alınması nəticəsində diaqnoz qoymaq olar. Xəstəliyin müalicəsi qlütensiz pəhrizdir.
"Əksər insanlarda xəstəlik gizli keçir, bəzən isə kəskin formada özünü göstərir.
Xəstəlikdən əziyyət çəkənlər qarğıdalı, düyü unundan bişirilmiş çörək yeyə bilirlər. Bundan başqa, arıqlamaq istəyənlər, səpkiləri olanlar, diabet və revmatoid artritdən əziyyət çəkənlər də qlütensiz qidalara üstünlük verirlər.
İnsanların qlütensiz qidalanma ilə bağlı maarifləndirilməsi vacibdir. Digər ölkələrdə olduğu kimi ölkəmizdə fəaliyyət göstərən supermarketlərdən də qlütensiz qidalar əldə etmək mümkündür. Hətta supermarketlərdə qlütensiz qida adlanan şöbələr də mövcuddur. Qlütensiz qidalar digər qidalardan qablaşdırmalarında buğda şəklinin üzərindən xətt çəkilməsi və ya "free gluten" yazılması ilə fərqlənir", - deyə G.Cavadova qeyd edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1142   Tarix: 08 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

maskalar gözəllik məhsulları makiyaj etmek qaydalari hamilelikde qidalanma dirnaq pilkalamaq 2026 hicab həzm orqanları kosmetika toy gecesı itburnu meseller öpüşme statuslar