Çörək alanda diqqətli olun – Evdə bişirəndə etdiyimiz SƏHVLƏR

Çörək alanda diqqətli olun – Evdə bişirəndə etdiyimiz SƏHVLƏRÇörək gündəlik qida rasionumuzda əsas olan qida məhsuludur. Buna görə də bu məhsulun istehsalı və saxlanma qaydaları ilə bağlı bəzi nüanslara diqqət etmək vacibdir.
Milli.Az lent.az-a çörək alarkən nələrə diqqət etməli və onu hansı şəraitdə saxlamalı olduğumuz barəsində kiçik bir araşdırma edib. Onu təqdim edirik:
Əgər söhbət çörəyin orqanizmə faydalarından danışılırsa, əvvəlcə onu bilmək lazımdır ki, bu çörəyin hansı tərkibdə hazırlanmasından asılıdır. Yanlış çörəklərdən istifadə etdikdə, bir çox xəstəliklərə tutula bilərik. Digər qidalarda olduğu kimi hazırlanma şəraiti, temperatur, nəmlilik və mikroorqanizmlər də çörəyin keyfiyyətinə pis təsir edir. Belə ki, ilk növbədə çörək istehsalı zamanı gigiyenik qaydalara əməl olunmalıdır. İstehsalla yanaşı, məhsulun daşınması vaxtı da sanitar qaydalara riayət olunmalıdır. Məsələn, çörək kəskin qoxulu məhsullarla birgə daşınmamalı, çiy məhsullarla təmasda olmamalı, təmiz şəraitdə saxlanılmalıdır.
Bir çox ölkələrdə olduğu kimi ölkəmizdə də ən çox yayılan birinci və ikinci növ buğda unundan hazırlanan çörəklərdir. Bu zaman çörəyin içi tam şəkildə bişirilməlidir. Bu zaman hazırlanan çörəyə əlinizlə basdıqda yapışqanlıq və nəmlik hiss edilirsə, deməli, xəmirin keyfiyyətində problem var. Çörəyə əlinizlə yüngül şəkildə basdıqda o öz əvvəlki vəziyyətinə qayıtmalıdır. 
Təbii ki, bunlarla yanaşı çörəyin saxlanma qaydaları da var. Belə ki, gün ərzində yeyiləcək çörəyin boyatlaşmağını istəmirsinizsə, onu qablarda, sərin və quru yerlərdə saxlayın. Nəm şəraitdə çörəyin kiflənməsi qaçılmaz olur. 
Bəs, evdə hazırlanan çörəkdə nələrə diqqət etməliyik? 
Yuxarıda da qeyd etdiyimiz kimi əsl çörək buğda unundan hazırlanmalıdır. Buna görə də çalışıb evdə hazırladığımız çörəklərdə də ondan istifadə edilməlidir. Keyfiyyətli çörək üçün buğda unu və kəpəyi lazımdır. Bundan əlavə istəyə uyğun olaraq yulaf kəpəyi də əlavə oluna bilər. Bundan sonra maya və duz tökülərək xəmir yoğurulur. Qeyd etmək lazımdır ki, mayanın ev şəraitində hazırlanması məsləhətdir. Həmçinin, maya da xəmirdən hazırlanmalıdır. 
Belə ki, qaydasında hazırlanmış çörəklər sağlamlıq üçün faydalıdır. Əsl sağlam çörək qida rasionumuzda yer almalıdır və günün ilk yarısı hər kəs öz yaşına uyğun çörəklə  qidalanmalıdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1168   Tarix: 07 fevral 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

yay kolleksiyasi yaz geyimleri 2026 maskalar öpüşmək qaydası kişi dünyası qara noqteler ucun uz maskalari qarabasaq pehrizi kosmetika fitat cantalar atalar sözü vicdan qiz adlari