Çörəyi "qara edənlər": Belə qida xəstəliyi şiddətləndirər... – Təhlükə

Çörəyi "qara edənlər": Belə qida xəstəliyi şiddətləndirər... – TəhlükəƏksər insanlar yolda çörək parçası görürsə, onu götürüb kənara qoyur. Çünki qədimdən çörək bizdə müqəddəs olub, çörəyə and içilib, duz-çörək kəsilib. Bəlkə buna görədir ki, çörəklə bağlı hər bir şey insanları narahat edir.

Son dövrlərdə isə həm arıqlamaq məqsədi ilə, həm də sağlamlıq xatirinə qara çörəkdən istifadə edənlərin sayı artıb. Təsadüfi deyil ki, KİV-də vaxtaşırı çörəklə bağlı məlumatlara rast gəlirik.

Bunlardan biri də qara çörəyə rəng qatılması və bir çox sexlərdə unun ələnməməsi problemidir.

Qeyd edək ki, un nə qədər təmiz olur-olsun, mütləq sexdə mexaniki ələkdən keçirilməlidir. Çünki un ələnərkən həm məsamələr yaranır, həm də o, əlavə fiziki maddələrdən, qırıntılardan təmizlənir.

İddialara görə, indi çörəkbişirmə sexlərinin əksəriyyətində ya ələk yoxdur, ya da ələmə mexanizmi tətbiq olunmur.

Qara çörəyin keyfiyyətindən danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bir neçə il qabaq həmin qida məhsuluna şübhələr vardı, əhalidən çoxsaylı şikayətlər gəlirdi: "Belə bir düşüncə yayılmışdı ki, həm çaylara, həm də qara çörəyə rəng qarışdırılır. Hesab edirəm ki, son iki-üç ildə bu kimi hallara son qoyulub. Bunu bizə gələn şikayətlərin və nümunələrin araşdırılması da göstərir. Fikrimi qətiləşdirib demək istəyirəm ki, bu gün Bakı şəhərində belə şikayətlər və həmin şikayəti doğuran səbəblər yox dərəcəsindədir.

Əvvəllər hətta çay qalığını və ya qəndi yandıraraq çörəyə qarışdırır və qara çörək alırdılar. Qara çörəyin istehsalında müxtəlif növ unlardan faiz dərəcəsinə görə istifadə olunur, çörəyə dad vermək üçün təbii bitkilər də əlavə edilir".
Çörəyi "qara edənlər": Belə qida xəstəliyi şiddətləndirər... – TəhlükəEyyub Hüseynov unun ələkdən keçirilib-keçirilməməsi məsələsinə də aydınlıq gətirib: "Əhali yanlış olaraq ağ çörəyə üstünlük verir. Əksinə ələnməmiş, kəpəkli un daha xeyirlidir. Məntiqlə gərək o çörəklər daha baha olsun".

Mövzu ilə bağlı bir neçə çörək sexi ilə əlaqə saxladıq. Bildirdilər ki, ələnmədən çörək bişirmək mümkün deyil. Sexdə un ələyən maşın və onları tənzimləyən operatorlar var. Burda hər kəsin öz vəzifələri müəyyənləşib və ələklər mütəmadi olaraq təmizlənir.
Çörəyi "qara edənlər": Belə qida xəstəliyi şiddətləndirər... – TəhlükəQida eksperti İsa Əliyev deyir ki, qidalara rəngləndiricinin müəyyən dozadan artıq vurulması qanuna ziddir: "Qida mühəndisləri hər zaman məhsulların tərkib hissəsində E kodları ilə başlayan maddələrin sayının az olmasına tərəfdardırlar. Çünki onlar kimyəvi maddələrdən hazırlanır, ən başda da rəngləndiricilər gəlir.

Çox yaxşı xatırlayıram ki, vaxtilə hətta çörəyə rəngləndirici olaraq kakao da vururdular. Bunların hamısı yolverilməzdir. Bu dozalar nə qədər yüksək olarsa, insan bədəninə o qədər gec sorulur, insan bədənindən gec sorulduğu üçün xəstəlik əmələ gətirə bilir".

Bəs qara çörəyin təbii olub-olmadığını necə seçmək olar sualına cavabda ekspert deyir ki, bunu adi gözlə fərqləndirmək mümkün deyil: "Ancaq bəzən çörəyi suya salanda rəngi çıxırsa, o deməkdir ki, ona rəng qatıblar. Çörəkdə hər hansı problem aşkarlanarsa, həmin markanı almamaq tövsiyə olunur.

Bir islehlakçı kimi mən daha çox xaricdən gələn qara çörəyə üstünlük verirəm. Təəssüf ki, yerli istehsalçılar qara çörəyə o qədər də diqqət yetirmirlər. Normal ağ çörəklərimiz var, amma yerli istehsal olan qara çörək haqda belə ürəklə danışa bilmirəm".

Qida eksperti ələnməmiş undan çörək bişirilməsi məsələsinə də toxunub: "Sənaye tipli yerlərdə unu bir tərəfə qoyurlar, çörəyi də bu biri tərəfdən bişirib satırlar. Çünki indi hər şey avtomatlaşdırılıb, bu da bir çox istehsalçının işini azaldır.

Amma ola bilər ki, həmin sexlərdə prosesi daha sürətləndirmək üçün un ələmə mərhələsini adlayıb keçirlər. Təbii ki, bu, xəmirin daha yaxşı mayalanmamasına səbəb olur. Çünki un ələnərsə, sonra xəmir yoğrulma mərhələsində onun içərisində hava olması yaxşı haldır. Xəmirin içərisində hava qabarıqları da qalmalıdır.

Amma prosesi sürətləndirmək üçün un yaxşı ələnmir və müəyyən mərhələ ixtisara salınırsa, bu, əvvəl xəmirin, sonda isə çörəyin keyfiyyətinə mənfi təsir göstərəcək".

Qara çörəkdən daha çox istifadə edənlər arıqlamaq üçün pəhriz saxlayanlardır. Bunun üçün də diyetoloq-həkim Şəfa Yadigarovanın da məsələyə münasibətini öyrəndik.
Çörəyi "qara edənlər": Belə qida xəstəliyi şiddətləndirər... – TəhlükəDiyetoloqun sözlərinə görə, əhali arasında belə məlumatlar var ki, çörək insana faydalı deyil və ya faydadan çox zərər gətirir: "Çünki ağ çörəklərin hamısı rafinə olunmuş undan hazırlanır, onun da tərkibindəki bütün faydalı maddələr aşılanmış olur. Bu səbəbdən ağ çörəyə üstünlük vermirlər.

Bəzi insanlar çörək yemədən qala bilmir. Amma çörək qara undan hazırlanırsa, kəpəklidirsə, onun tərkibində B qrup vitaminləri varsa, faydalıdır. Söhbət ondan gedir ki, indi satışda çox nadir hallarda təmiz, doğurdan da aşılanmamış undan hazırlanan, kəpəkli qara çörək tapmaq olur. Çünki qara çörəklərin tərkibinə kakao, rəngli maddə, hətta şəkər də qatılır ki, dad versin".

Diyetoloq məsləhət görür ki, çovdar və ya yulaf unu, yaxud qara una kəpək qataraq hər kəs özü ev şəraitində çörək bişirsin: "Çünki bizə qəliz karbohidratlar lazımdır. Evdə çörək hazırlayan zaman onun tərkibinə bir az balqabaq tumu, şüyüd toxumu, küncüt toxumu əlavə edə bilərlər".

Qara çörəkdən həm də bir sıra xəstəliyi, xüsusən mədə-bağırsaq və şəkər xəstəliyi olan insanlar da istifadə edirlər. Həkim terapevt Nahid Məhərrəmov deyir ki, istənilən halda hər bir insanın genetik kodu var və qidanın da genetik koda uyğun gəlməsi vacibdir: "Bir insana qara çörək və ya qara çörək dediyimiz məmulatların hansı uyğundursa, ondan istifadə etməsi məsləhətdir. Bəzi insanlarda ağ çörəyə, qlütenə allergiyalar ola bilir, mütləqdir ki, onlar qlütensiz məhsullar yesinlər.

Bəzi xəstəliyi olanlar məcburiyyətdən qara çörəkdən istifadə edirlər. Bəzən ola bilər, qara çörəyin özü də orqanizmə ziyan vurur, mədədə, bağırsaqda narahatçılıq yaradır".

Həkim deyir ki, mütəmadi olaraq qara çörəyin yeyilməsi məsləhət deyil: "Əsl qara çörək, əlbəttə, rəng qatılmış çörək deyil. Qara çörək içində olan məhsulun rəngidir, əgər rəng və kakao qatılmış çörəkdirsə, bu, orqanizm üçün zərərlidir. Ola bilər, satış üçün çörəyə rəng qatırlar, belə çörəyi yemək məsləhət deyil. Xəstəlik şiddətlənə bilər".
Çörəyi "qara edənlər": Belə qida xəstəliyi şiddətləndirər... – TəhlükəHüquqşünas Əkrəm Həsənov deyir ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun var: "Həmin qanunda istehlakçıların hüquqları detallı şəkildə tənzimlənir. Qanunda istehlakçının öz hüquqlarını necə müdafiə etməsi məsələsi də var. Bura istehlakçıya satılan mal, xidmətin qiymət məsələləri, keyfiyyət məsələləri, məlumatlandırma daxildir.

İstehlakçı öz hüquqlarını iki yolla qoruya bilər. Birincisi, məhkəməyə müraciət edə bilər. Bir də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar.

Mən istehlakçılarımıza tövsiyə edərdim ki, elə ora müraciət etsinlər, çünki məhkəməyə müraciət çox vaxt aparır".

Bəs bütün bunlar haqında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nə deyir? Ölkədə çörək hazırlanma qaydalarına riayət olunurmu? Nümunələr götürülüb, tərkib yoxlanıbmı?

Sorğumuza cavab olaraq AQTA-dan bildirdilər ki, hazırda Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

"Məhsullardan götürülən nümunələr AQTA-nın müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər aparır.

Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar həyata keçirilir.

Əgər vətəndaşların istehlak etdikləri çörəyin tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, qida məhsulunun adı, istehsal tarixi, istehsal partiyası, istehsalçı şirkət məlumatları ilə birlikdə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər".

Agentlik bildirilib ki, çörəyi istehlak etmək qədər vacib digər məqam optimal saxlanma şəraitinin yaradılması və saxlama qaydalarına əməl olunmasıdır:

"Əgər çörək bir neçə gün ərzində istehlak olunacaqsa, yaxşı olar ki, onu soyuducuda saxlayasınız. Bu kiflənmənin qarşısını almaq üçün vacibdir. Dondurucuda saxlanan çörək daha uzun müddət istehlaka yararlı olur. Xüsusilə qeyd etmək lazımdır ki, dondurucudan çıxarıldıqdan sonra istehlak olunan çörəklər, dondurulmadan saxlanan çörəklərdən daha yumşaq və istehlaka yararlıdır.

Çörəyin qapalı çörək qablarında, sərin, qaranlıq və quru yerdə saxlanması daha məqsədəuyğundur.

İsti çörəkləri tam soyuduqdan sonra sellofana yerləşdirmək lazımdır, əks halda çörəyin kiflənməsinə şərait yaratmış olarıq.

Paketlənmiş çörəyin hamısı istehlak olunmayıbsa, qalan qismini elə paket içərisində saxlamaq tövsiyə olunur".

Xəbərlər     Baxılıb: 1522   Tarix: 23 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

kosmetika mehsullari kosmetik vasiteler yaz geyimleri 2026 sufle hazirlanmasi tutmalar gəlinliklər qadın geyimi kosmetika toy gecesı bayraq penis novruz bayramina aid hakista bürcler