Çörəyin qiymətinin bahalaşması ilə bağlı SON QƏRAR!
Azərbaycanda son günlər çörəyin qiymətinin bahalaşacağı ilə bağlı məlumatlar dolaşır. İddia edilir ki, Tarif Şurasının qərarı ilə təbii qaz və elektrik enerjisinin qiymətinin dəyişməsi çörəyin də qiymətinin bahalaşmasına səbəb olacaq.
Qadinsayti.az azvision az-a istinadən xəbər verir ki, marketlərdə aparılan müşahidələr göstərir ki, hal-hazırda çörəyin qiymətində hər hansı artım qeydə alınmayıb.
"Hazırda çörəyin qiyməti çəkisinə görə 40, 50 qəpik təşkil edir. Təbii qaz və elektrik enerjisinin qiymətinin dəyişməsi bizim müəyyən etdiyimiz tariflərə təsir etməyəcək. Təşvişə düşmək lazım deyil. Qiymət artımı müzakirə mövzusu deyil", – deyə bildirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev açıqlamasında çörəyin bahalaşacağı haqda iddiaları yalanlayıb. Bildirib ki, hazırda bu məsələ nazirlikdə müzakirə olunmur və belə fakta rast gəlinməyib.
İqtisadiyyat və Sənaye Nazirliyidən isə bildirilib ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır və monitorinqlər zamanı çörəyin satış qiymətində heç bir qiymət artımı qeydə alınmayıb.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş