COVID-19-a qarşı 100 faiz təsirli peyvənd yaradıla bilərmi?
COVID-19-a qarşı 100 faiz təsirli peyvəndin yaradılması qeyri-mümkündür.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "CoronaVac" peyvəndini hazırlayan Çinin "SinoVac" şirkətinin rəhbəri İ Veydun etiraf edib.
Onun sözlərinə görə, COVID-19 əleyhinə inaktiv peyvənd tədqiq edilən bütün növ vaksinlərdən ən təsirlisidir. Bununla belə, heç bir preparat infeksiyaya qarşı tam qorunma təmin edə bilməz.
Veydun kütləvi vaksinasiya üçün istifadə edilən bütün dərmanların 100 faiz təsirli olmadığını vurğulayıb. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına görə, qoruma faktoru ən azı 50 faiz olduğu təqdirdə preparat istifadəyə yararlı sayılır.
O, sınaqların başa çatmasından sonra bu rəqəmin daha yüksək olacağına əminliyini vurğulayıb.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir