COVID-19 sağlam insanı da zədələyə bilir- Pulmonoloqdan XƏBƏRDARLIQ

COVID-19 sağlam insanı da zədələyə bilir- Pulmonoloqdan XƏBƏRDARLIQİndi faktlar göstərir ki, heç bir yanaşı xəstəliyi olmayan, sağlam insanı da virus zədələyə bilər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru, həkim-pulmonoloq Gülzar Əliyeva deyib.
Mütəxəssis təəssüflə bildirib ki, qabaqlayıcı tədbirlərə baxmayaraq, yoluxma davam edir. Bu hal bir sıra ölkələrdə müşahidə olunur. Bəzi vətəndaşlar məsuliyyətli, ailələrinə, yaxınlarına qarşı çox diqqətcildirlər. Qoyulan qaydalara əməl edirlər. Mütəxəssislərin tövsiyələrinə əməl etmək çox asandır. Bunlar maska taxılması, əlcəklərdən istifadə, əllərin dezinfeksiyası, otaqların havalandırılması, açıq havada olmaq, məsafə saxlamaqdır:
"Təəssüf ki, bir qrup vətəndaş inamsızlıq nümayiş etdirir. Onlar qoyulan qaydalara riayət etmir, evlərdə ad günləri, yas mərasimləri keçirirlər. Bu da daha çox yoluxmaya gətirib çıxarır. Virusun aqressivliyi ondan ibarətdir ki, insan yoluxduğu andan etibarən yoluxucu ola bilər. Mümkün qədər kütləvi toplanma yerlərindən uzaq durulmalıdır. Əgər vətəndaşın getdiyi məkanda sıx toplanma halı varsa, mütləq ara məsafəsi saxlamalı, antiseptik məhlullardan istifadə etməli, maska taxmalıdır. Hər bir vətəndaş özü qaydalara əməl etməklə yanaşı, bunları öz yaxınlarına da təbliğ etməlidir.
İctimai nəqliyyatdan istifadə edən vətəndaşlar avtobusa minəndə maska taxır, oturandan sonra və ya ayaq üstə gedərkən ya maskanı çıxarırlar ya da çənələrinin altına salırlar. Sürücünün diqqəti yolda olduğundan həmin vətəndaşı görməyə bilər. Həmin şəxsə ətrafdakı vətəndaşlar irad tutmalıdırlar. İctimai qınaq olmalıdır. Çünki həmin şəxs həm özü yoluxa bilər, həm də digərlərini yoluxdura bilər. Belə xırda görünən məsələdən çox böyük problem ortaya çıxa bilər. Ona görə də vətəndaşları daha da diqqətli olmağa çağırıram".
Mütəxəssis bildirib ki, bəzi tədqiqatlar koronavirusa yoluxan insanlarda sonradan ciddi fəsadların yarandığını ortaya çıxarır: "Xoşbəxtlikdən belə halların rastgəlmə tezliyi aşağıdır və hər yoluxanda qeydə alınmır. Koronavirus daha çox ağciyərləri zədələsə də, orqanizmin bütün sisteminə təsir edə bilər. Qan sisteminə, sinir sisteminə də təsir edə, orqanizmin müqavimət sistemini poza bilər. Bu virusun o qədər genişspektrli klinik simptomları var ki, hər xəstədə şablon əlamətlər müşahidə olunmur. Assimptomatik koronavirusdan ən ağırgedişli koronavirusa qədər rast gəlinir. Adi qripin, soyuqdəymənin simptomları, o cümlədən halsızlıq, tərləmə, boğaz ağrıları, əzginlik, əzələlərdə sanki "döyülmə" hissi, temperatur müşahidə edilə bilər. Bəzi koronaviruslu xəstələrdə temperatur müşahidə edilmir. Hər hansı bir qeyri-adi simptom varsa, insan daha diqqətli olmalı və o, özünü və ətrafdakıları qorumalıdır.
Virus ilk dəfə yayılanda daha çox yaşlı əhali arasında müşahidə edilir və onları zədələyirdi. Burada yaşlılardakı yanaşı xəstəliklərin mövcudluğu rol oynayırdı. Lakin ilk dalğa olan zamanda da gənclərdə, hətta uşaqlarda xəstəliyin özünü büruzə verdiyini müşahidə edirdik. Xəstəlik uşaqlarda əksər hallarda çox yüngül keçdiyindən, onlara heç kim bir o qədər fikir vermirdi. Həmin uşaqlar öz ailə üzvlərini yoluxdururdular. Əvvəllər yanaşı xəstəlikləri olanların daha çox yoluxduğunu deyirdik. Lakin indi faktlar onu göstərir ki, heç bir yanaşı xəstəliyi olmayan, sağlam insanı da virus zədələyə bilər. Bu zaman onun hansısa bir faktoru olmalıdır. Burada xroniki yorğunluq, yuxusuzluq, düzgün qidalanmamaq da rol oynayır. Bəziləri soyuqdəymə əlamətləri müşahidə olunanda koronavirusu ağıllarına belə gətirmirlər. Deyirlər bizdə adi soyuqdəymədir. Lakin gərgin epidemioloji vəziyyəti nəzərə alaraq kimdəsə hansısa əlamət varsa, birinci növbədə koronavirusun olmadığını testlə inkar etmək lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1070   Tarix: 31 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün darçınlı su içsəniz

Hər gün nizamlı su istehlak etmək ümumi sağlamlığımızı qorumaqla yanaşı, orqanlarımızın və dərimizin sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir.  xəbər verir ki, suyu sadə formada içməkdənsə, ona bəzi ədviyyatlar qatın

.

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayının başa çatması ilə orqanizmin adi qidalanma rejiminə keçidi diqqətlə tənzimlənməlidir. xəbər verir ki, mütəxəssislər bildiriblər ki, uzun müddət oruc tutduqdan sonra birdən-birə ağır və yağlı qidalara üstünlü

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

.

Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?

Adətən düşünürük ki, gözlər üçün vitaminlər ekran yorğunluğuna qarşı tez bir həll və ciddi problemlərin profilaktikasıdır. Amma onların həqiqətən görməyə təsir edib-etmədiyini araşdıraq. bu vitaminlərlə bağlı məlumatlar

.

Nar görün hansı xəstəliyin güclü dərmanı İMİŞ

"Punikalin" adlı maddə xərçəng hüceyrələrinin böyüməsini ləngitmək potensialına malikdir. xəbər verir ki, bu, İspaniyanın Malaqa Universitetində aparılan və beynəlxalq elmi jurnalda dərc olunan araşdırmada qey

.

Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz

Mütəmadi çərəz istehlakının ürək sağlığından koqnitiv funksiyalara qədər geniş bir sahədə müsbət təsirləri olduğu elmi faktlarla sübut edilib. Bəs ən faydalı çərəz hansıdır?.  xəbər verir ki, çərəzlərdoymamış yağlar, bitk

.

Çox təhlükəli VİRUS: Yeni karantin qapıda

İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir. xəbər verir ki, Böyük Britaniyanı

.

Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz

Arıqlamaq, artıq çəkidən xilas olmaq üçün saatlarla idman zalında vaxt keçirmək əlbəttə ki, pis deyil. Amma bəzi halda bu da sizə kömək etmir. Kişilər arıqlamaq üçün bir neçə vərdişlərini də unutmalıdır. 1. Yedikləriniz

.

Qadın həyatını məhv edən hormonal pozğunluq

Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox problemlərin də əsasını qoyur. xəbər verir ki, hormonla

turlar.az

makiyaj etmek qaydalari maskalar toy makiyaji sekilleri biliye aid atalar sözləri qoç bürcü ari mehsullari qan qruplari haqqinda melumat kosmetika azərbaycan dolça baldiza aid hakista sozler sanamalar