COVID-19-un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildi

COVID-19-un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildiYeni növ koronavirus (COVID-19) infeksiyasının ürəyə təsirləri barədə aparılan elmi tədqiqatın nəticələri məlum olub.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.
Onun sözlərinə görə, virusun ürəkdə yaratdığı problemlərlə bağlı müxtəlif elmi tədqiqatlar aparılsa da, son günlər bununla bağlı çox vacib məqamlara toxunulan elmi tədqiqatlar həyata keçirilib. Azərbaycanlı alim bildirib ki, sözügedən elmi tədqiqatlardan ən mühümü də Almaniyada virusa yoluxan və virusu yüngül keçirən şəxslər üzərində aparılıb:
"Elmi tədqiqatla COVID-19-u yüngül simptomlu keçirən xəstələrin ürəyində virusun təsirindən müxtəlif patoloji dəyişikliklər aşkarlanıb. Elmi tədqiqat virusa yoluxduqdan ortalama olaraq 71 gün sonra 100 xəstə üzərində aparılıb. Tədqiqata daxil edilən şəxslərin 60 faizinin ürək əzələlərində iltihab prosesinin müxtəlif mərhələsində olan dəyişikliklər öz əksini tapıb. Tədqiqatla bir daha sübut olunub ki, COVID-19 virusu insanlarda xəstəliyin ağır keçməsindən və yanaşı xəstəliklərin olmasından asılı olmayaraq ürəkdə fəsadlar əmələ gətirə bilir. Bir daha qeyd etmək istəyirəm ki, tədqiqatda qeyd olunub ki, yanaşı xəstəliklərin olmasından asılı olmayaraq COVID-19 virusu ürəkdə uzunmüddətli fəsadlar yaradır".
N.Abdullayev qeyd edib ki, tədqiqata daxil edilən koronavirus xəstələrindən 67 nəfəri yüngül simptomlarla ev şəraitində müalicə olunub:
"18 xəstədə kəskin mərhələdə heç bir şikayət qeydə alınmayıb. Cəmi iki xəstə süni tənəffüs cihazına qoşulub. 28 xəstənin isə əlavə oksigen qəbuluna ehtiyacı yaranıb. Bu xəstələrin sağaldıqdan sonra 36 faizi ümumi əzginlikdən və təngnəfəslikdən əziyyət çəkdiyi, 17 nəfərin isə döş qəfəsində yüngül ağrıların olduğu müəyyən olunub".
Tibb elmləri doktoru vurğulayıb ki, tədqiqata daxil olan xəstələrin heç birində öncədən ürək çatışmazlığı və kardiomiopatiya olmayıb:
"Müayinələrdən sonra bu xəstələrin 60 faizində iltihabın müxtəlif mərhələdə olan fəsadlarına ürək əzələsində və perikartda rast gəlinib. Bundan əlavə tədqiqatın maraqlı nəticəsindən biri də odur ki, koronavirusa yoluxan bütün xəstələrin ürəyinin funksiyasına baxılıb və məlum olub ki, virusu keçirən insanların ürəyinin funksiyası virusu keçirməyən başqa kontrol qrupla müqayisədə aşağıdır".
"Ümumiyyətlə, tədqiqat bizə onu deməyə əsas verir ki, insanlar COVID-19-u yüngül keçirmələrinə baxmayaraq, uzunmüddət ürək və damar sahəsində çalışan həkimin nəzarətində olmalıdırlar və ürəkdə ola biləcək yuxarıdakı dəyişikliklərə görə də kardioloqlar tərəfindən mütəmadi olaraq müayinələr aparılmalıdır. Bunu mən hələ dörd ay bundan əvvəl elmi yazılarımda da bildirmişdim ki, COVID-19 virusu bu xəstəliyin necə keçməsindən asılı olmayaraq ürəkdə müəyyən təsirlər qoymaq potensialına malikdir və buna görə də ürək həkimləri maksimum diqqətli olmalıdırlar. Artıq bu təsirlər elmi tədqiqatlarla da bir daha sübut edildi. Yekun nəticə isə odur ki, virusu yüngül keçirənlər heç də bu günə qədər deyildiyi kimi xəstəliyi fəsadsız keçirmir. Onların ürəklərində müəyyən problemlər yaranır ki, bu da gələcəkdə ağır nəticələrə və hətta ölümə belə gətirib çıxaracaq aritmiyalara səbəb ola bilər. Ona görə də "virusu yoluxsam da, cavan yaşdayam və yüngül keçirəcəm" deyə, düşünmək düzgün deyil, maksimum dərəcədə qorunmaq lazımdır ki, virusa yoluxma ümumiyyətlə baş verməsin. Bunun üçün də qoyulan qayda-qanunlara riayət etmək mütləqdir" - deyə N.Abdullayev bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1290   Tarix: 07 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

toy makiyaji sekilleri reseptler geyim və ayaqqabılar pizza reseptləri anaya aid atalar sozu sərxan kərəmoğlu bayatilar vetene aid kosmetika masturbasiya brusell bakteriyası insan birlik haqqinda bayatılarımızda vətən həsrəti