COVİD - 19 virusunun insanlar üzərindəki psixoloji təsirləri nələrdir?

COVİD - 19 virusunun insanlar üzərindəki psixoloji təsirləri nələrdir?Koronavirus son vaxtlar dünya gündəmində geniş yer tutan pandemiyadır. Koronavirusun yaratdığı fizioloji problemlər haqqında danışılsa da, virusun təsir dairəsi günbəgün artmaqla yanaşı, insanlarda müxtəlif psixoloji narahatlıqların da yaranmasına səbəb olur. Virusun yayılması barədə əks olunan məlumatlar səbəbindən insanlarda müxtəlif fikirlər formalaşır: "koronavirusa yoluxa bilərəm?", "yoluxmamaq üçün nələr etməliyəm?", "əgər yoluxsam, müalicə oluna bilər?" və s. bu kimi özündə təşviş və narahatlıq ehtiva edən suallar yaranır. Bu suallar adətən hava limanının işçiləri, ictimai yerlərdə asayişi qoruyan insanlar, xəstəxanalarda çalışan tibb işçiləri və həkimlər tərəfindən soruşulsa da, uşaqdan böyüyə hər kəsin psixikasına təsir göstərir.
Koronavirus hansı psixoloji problemləri yarada bilər?
Milli.Az dushunce.az-a istinadən bildirir ki, bununla bağlı ortaya çıxacaq psixoloji problemlərdən ilki təşviş pozuntusudur. Təşviş, zehnimizdəki mənfi düşüncələrin (bir çox hallarda obsessiv düşüncələrin) təsirilə formalaşan psixoloji narahatlıqdır. Gündəlik həyatımızda bir çox şeylə bağlı təşviş hissi yaşasaq da, dünyanı əhatə edən və ümumilikdə hər kəsə mənfi təsir göstərən koronavirusa qarşı da eyni təşviş ortaya çıxır.
Qeyri-müəyyənlik təşviş pozuntusunu daha da artırır
Koronavirusla bağlı təşvişi artıran bir başqa faktor isə virusla əlaqədar qeyri-müəyyən vəziyyətdir. Xəstəliyin müalicəsinin tapılmaması isə təşviş pozuntusunu stimullaşdırır. Pandemiya ilə bağlı yaranan psixoloji problemlərdən digəri isə depressiyadır. İnsanın özünü evə qapatması və ya xoşbəxt və hüzurlu hiss etdirəcək fəaliyyətlərdən məhrum qalmasının nəticəsində depressiv hal formalaşa bilər. Bu depressiv epizod ilə insan, həyatdan zövq ala bilməyən vəziyyətə gələ bilər. Həmin vəziyyətin ardından isə özünü həyatdan izolyasiya edər, sosiallıqdan qaçdığı üçün depressiv vəziyyəti hər gün daha da ağırlaşar və nəticədə xroniki vəziyyətə keçid alar.
Virusla bağlı yarana biləcək psixoloji narahatlıqlar arasında obsessiv-kompulsiv pozuntunu da qeyd edə bilərik.
Qeyd olunan psixoloji narahatlıqlar daha çox kimlərdə müşahidə oluna bilər?
Stressə meyilli, təşviş pozuntusundan əziyyət çəkən, ipoxondriya müşahidə olunan, depressiv, isterik, paranoid və obsessiv-kompulsiv şəxsiyyət tipi olan insanlarda aldıqları məlumatlardan dolayı müəyyən psixoloji narahatlıqlar müşahidə oluna bilər.
Hansı profilaktik tədbirləri görə bilərik?
Əvvəlcə təşvişlə hərəkət etməməli, bunun əvəzinə sakit və şüurlu şəkildə xəstəliyə qarşı profilaktik tədbirlər görməliyik,
Gündəlik gigiyenik qaydalarımıza diqqət etməli, əllərimizi gün ərzində tez-tez yumalı, yuma fürsətimiz olmazla spirt tərkibli əl antiseptiki ilə təmizləməliyik,
İzdihamlı mühitlərdə yaxın təmasdan qaçmalı və yoluxma riski aradan qalxana qədər salamlaşarkən əllə görüşməməyə diqqət göstərməliyik,
Xəstəliklə bağlı məlumatsız insanların sosial mediada yaydığı şərhlərə aldanmamalı, mövzu ilə bağlı mütəxəssislərin açıqlamalarını diqqətə almalıyıq. Əks təqdirdə sosial media üzərindəki yalan xəbərlərdən dolayı təşviş səviyyəsi artacaq. Eynilə xəstəliklə bağlı olan mənfi fikirlər də təşviş pozuntusuna səbəb ola bilir,
Əgər övladınız varsa, mövzuyla bağlı lazımi məlumatlandırmaları edərək xəstəliyə qarşı profilaktik tədbir görməlisiniz.
Yaşadığımız vəziyyətin psixoloji təsirlərinin öhdəsindən gələ bilmədiyinizi düşünürsünüzsə, mütəxəssisdən psixoloji dəstək almağa çalışın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1375   Tarix: 28 may 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

geyim şəkilləri geymler 2026 sade makiyaj sekilleri qara tutun faydalari gözəl xanım bakirəliyin pozulması mexmerek kosmetika vətən haqqında bayatı statuslar sperma bayraq baliq burcu