COVID-19 xəstələrində sağaldıqdan sonra bəzi simptomların davam etdiyi müəyyənləşib
COVID-19 xəstələrinin bəzilərində sağaldıqdan sonra sinə hissəsində ağrılar, nəfəs darlığı, öskürək və ishal kimi simptomların davam etdiyi müəyyən olunub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin İstanbulda fəaliyyət göstərən COVID-19 Xəstələrinin İzlənmə Mərkəzi məlumat yayıb.
Bir ay əvvəl fəaliyyətə başlayan mərkəzdə ötən dövr ərzində 600 xəstə nəzarət altına alınıb. Bu şəxslərin müalicə olunduqdan sonra sağlamlıq vəziyyətləri araşdırılıb. Tədqiqatlar göstərib ki, yoluxanların təxminən 20 faizində sinə hissəsində ağrılar, 10-15 faizində ishal, bəzilərində nəfəs darlığı, iki nəfərdə isə ürək-damar sistemində narahatlıq kimi hallar sağaldıqdan sonra da davam edib. Hazırda bu simptomların xroniki hal alıb-almaması istiqamətində araşdırmalar aparılır. Bu şəxslər sağaldıqdan üç və altı ay sonra təkrar müayinədən keçiriləcəklər
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir