Cövüzün müalicəvi xüsusiyyətləri

Cövüzün müalicəvi xüsusiyyətləriCövüz çox populyar ədviyyatdır. Cövüz bir çox dünya mətbəxlərində geniş istifadə olunur - ət xörəklərinə, şirniyyatlara, kompotlara, qəhvəyə, çaya və s. əlavə olunur.

Cövüz adətən üyüdülmüş şəkildə satılır. Lakin mütəxəssislər cövüzü almaq və evdə üyütmək tövsiyə edirlər. Belə hesab olunur ki, bu halda dad daha təbii və dolğun olur.

Bu ədviyyat öz inanılmaz ətri ilə seçilir. Cövüzün ətrini qoxulayan insanın orqanizmində xoşbəxtlik hormonu "serotonin" ifraz olunur. Bu hormon insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.

Cövüz qədim zamanlardan xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunur.

Müasir zamanda cövüz əczaçılıq və kosmetik sənayesində istifadə olunur. Cövüzü müxtəlif müalicəvi maskalara, şampunlara, iştahartıran, qan dövranını yaxşılaşdıran dərmanların tərkibinə daxil edirlər.

Cövüz orqanizmə tonuslaşdırıcı və stimullaşdırıcı təsir edir. Belə hesab olunur ki, bu ədviyyatdan tez-tez istifadə etdikdə, beynin fəaliyyəti, yaddaş yaxşılaşır, yorğunluq və stress azalır.

Cövüz iştahanı artırır, həzmi yaxşılaşdırır.

Bu ədviyyat damarların sağlamlığına çox müsbət təsir edir, qan dövranını yaxşılaşdırır, ürəyi möhkəmləndirir.

Cövüz immun sisteminə çox müsbət təsir edir, orqanizmin virus və infeksiyalara qarşı davamlılığını artırır.

Qədim Cin təbabətində cövüz əsrlər ərzində güclü afrodiziak kimi kişilərdə potensiyanı artırmaq və impotensiyanı müalicə etmək üçün istifadə olunurdu.

Cövüzü çox az miqdarlarda (bıçağın ucunda) istifadə etmək olar. Əks halda insan zəhərlənə bilər, müxtəlif psixolonevroloji pozulmalar (hallyusinasiyalar, güclü yuxululuq, hərəkət koordinasiyasının pozulması və s.) inkişaf edə bilər.

Xalq təbabətində cövüzün istifadəsi:

- Nevralgiya, radikulit, oynaq, əzələ ağrıları zamanı 1/2 çay qaşığı üyüdülmüş cövüz 1 xörək qaşığı vazelinlə yaxşı qarışdırılır və ağrıyan yerə çəkilir.

- Soyuqdəymə, bronxit, öskürək zamanı cövüz çaya və ya südə əlavə olunur.

- İmpotensiya zamanı və potensiyanın artırılması üçün üyüdülmüş cövüz bıçağın ucunda suya və ya südə əlavə edilir və gündə 3 dəfə içiir.

- Stress, gərginlik, yuxusuzluq zamanı belə müalicəvi kokteyl hazırlayın: 1 stəkan ilıq südə 1 çay qaşığı bal, bıçağın ucunda zəncəfil, darçın və cövüz əlavə edin və yatmazdan əvvəl için./saglamolun/

Sağlamlıq     Baxılıb: 2453   Tarix: 25 dekabr 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

turlar.az

qadin sayti qadin dunyasi yay geyimləri 2026 elme aid atalar sozu körpələrdə süni qidalar ana ve usaq salatlarin hazirlanmasi bezedilmesi kosmetika seksi azərbaycan google cantalar bayatı