Çox yatmağın təhlükələri açıqlandı

Çox yatmağın təhlükələri açıqlandıHəkimlər çox yatmağın təhlükələri barədə xəbərdarlıq ediblər.
Milli.Az lent.az-a istinadən bildirir ki, yuxusuzluğun sağlamlığa mənfi təsir göstərir. Ancaq indi məlum olub ki, 9 saatdan çox yatmaq da orqanizmə zərər verən vərdişlər arasındadır.
Yuxunun ideal müddəti yeddi-səkkiz saat arasında dəyişir. Az yatmaq sağlamlıq və rifah üçün təhlükəlidir. Amma çox yatmaq da (ard-arda 9 saatdan çox) piylənməyə, ürək problemlərinə və erkən ölümə səbəb ola bilər.
Həkimlər altı il ərzində yatanları izləyiblər və belə qənaətə gəliblər ki, gündə 9 saatdan çox yatanlarda 7-8 saat yatanlarla müqayisədə piylənmə 21% daha tez inkişaf edir. Eyni zamanda, alimlər təcrübə iştirakçılarının pəhriz və aktiv idmanla bağlı dəyişikliklərdən sonra belə arıqlamadıqlarını müşahidə ediblər. Mütəxəssislər öz fərziyyələrini təsdiqləmək üçün 72 000 qadının iştirak etdiyi başqa bir araşdırma aparıblar. Məlum olub ki, bir gecədə 11 saata qədər yatmış iştirakçılarda 8 saat yatanlarla müqayisədə ürək-damar xəstəliklərinə tutulma ehtimalı 38% daha çox olub.
Bildirilir ki, orqanizmin istirahəti üçün gündə 7-8 saat vaxt kifayətdir. Ancaq səhər oyanma ilə bağlı problemlər varsa, səbəblər yorğunluqda olmaya bilər. Xüsusilə stress, narahatlıq və ya depressiya buna səbəb ola bilər. Bu vəziyyətdə həkimə müraciət etmək məsləhətdir.
Alimlər həmçinin əlavə ediblər ki, işemik ürək xəstəliyi oturaq həyat tərzinə görə də yarana bilər. Bundan əlavə, piylənmə tez-tez metabolik pozğunluqlarla müşayiət olunur və diabet, xərçəng, insult və bir çox başqa xəstəliklərə səbəb ola bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1081   Tarix: 23 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

yay geyimləri 2026 geyim şəkilləri gelinlikler elaci milli yeməklər ailə psixoloqiyası tozsoranlar kosmetika novruz bayramına aid hakıştalar həmidə novruza aid hakista rəksanə vetene aid bayati