Çox yatmaq ziyandır
Az yatmağın insan orqanizminə zərərli olduğu məlumdur. Bununla yanaşı çox yatmaq da səhhətdə bəzi problemlər yarada bilir.
Milli.Az Axşam.az-a istinadən çox yatmağın zərərlərini təqdim edir.
1. Depressiya riskini artırır. Əkizlər arasında 2014-cü ildə aparılmış bir araşdırmada 9 saatdan çox yatanların depressiyaya düşmə ehtimalının 49 faiz çox olduğu bəlli olub.
2. İntellekti zəiflədə bilər. Çox və az yatmaq beynin funksiyalarına təsir edir, onu yaşlandırır.
3. Hamilə qalmağı çətinləşdirə bilər. Koreyada 2013-cü ildə aparılmış bir araşdırmada çox yatan qadınlarda hamilə qalmağın çətinliyi sübut olunub.
4. Şəkər xəstəliyinə tutulma riskini artırır. Bədəndə qlükoza tarazlığının pozulmasına gətirib çıxarır.
5. Kökəlməyə səbəb ola bilər. 9 saatdan artıq yatan adamlarda kökəlmə riski 25 faiz çoxdur.
6. Ürəyə zərər verə bilər. Amerika Kardiologiya İnstitutunda aparılan araşdırma çox yatanlarda ürək problemlərinin artdığını göstərib.
7. Qəfil ölümlə nəticələnə bilər. Aparılmış müxtəlif araşdırmaların nəticələrinə görə 8 saatdan çox yatan adamlarda qəfil ölüm riski 1.3 dəfə çoxdur.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi