Çoxdöllü hamiləlik

Çoxdöllü hamiləlikİnkişafın ən erkən dövrlərində mayalanmış döl yumurtası iki (üç, dörd, beş) eyni hissəyə bölünə bilər. Bunların hər biri müstəqil səkildə böyüməyə başlayır. Belə əkizlərə bir yumurta əkizləri və ya monoziqot əkizlər deyirlər.
Onlar eyni cinsli, eyni qan qruplu, xarici görkəmcə və xasiyyətcə çox oxşar olurlar. Hətta çox vaxt eyni xəstəliklə eyni vaxtda xəstələnirlər.
Əgər yumurtalıqda eyni vaxtda bir neçə yumurta hüceyrəsi yetişərək müxtəlif spermatozoid tərəfindən mayalanarsa, uşaqlıq daxilində bir neçə embrion ola bilər. Belə əkizlər müxtəlif yumurta əkizləridir. Bu əkizlər bir-birindən müxtəlif vaxtlarda doğulmuş bacı-qardaş kimi fərqlənir, çünki genetik quruluşlarına görə onlar tamamilə müxtəlif adamlardır. Onlar həmçinin müxtəlif qan qrupuna, cinsə, xarici görkəmə və xasiyyətə malikdirlər.
Bir yumurta əkizlərinin dünyaya gəlməsi təsadüfi haldır. Statistik məlumatlara görə müxtəlif ölkələrdə onun rast gəlmə ehtimalı təqribən eyni olub hər 1000 doğuşa təqribən 3–4 sayda olması nisbətindədir. Müxtəlif yumurta əkizlərinin doğulma ehtimalı isə, insanın genlərində "proqramlaşdırılır". Məlumdur ki, insanın qohumlarında əkiz uşaqlar (söhbət ancaq müxtəlif yumurta əkizlərindən gedir!) anadan olmuşsa, həmin ailədə də çoxdöllü hamiləliyin ola bilməsi ehtimalı başqa ailələrə nisbətən bir neçə dəfə artmış olur.
Son illərdə sonsuzluq və digər qadın xəstəliklərinin müalicəsi üçün hormonal preparatlardan geniş istifadə olunur. Bu preparatlar yumurta hüceyrəsinin yetişməsini stimullaşdırır və nəticədə çoxdan gözlənilən hamiləlik 2 və ya 3 əkiz uşağın doğulması ilə nəticələnir.
Müvəffəqiyyətlə inkişaf edən "şüşədə mayalanma" (ekstrakorporal mayalanma) texnologiyası onunla nəticələnir ki, üç və hətta dörd döllü hamiləliklərə indi daha tez-tez rast gəlinir. Çünki uşaqlıq daxilinə eyni vaxtda bir neçə mayalanmış yumurta hüceyrələri daxil edilir ki, sonda bunların heç olmasa biri-ikisi inkişaf etmiş olsun.
Çoxdöllü hamiləliyin gedişatı bir çox xüsusiyyətlərə malikdir. Artıq 3-4 həftəlik hamiləlikdə siz körpənizin bir deyil, iki və ya üç olduğunu USM vasitəsilə aşkar edə bilərsiniz. Bu andan həkimlərin güclü nəzarəti altında olmaq vacibdir. Uşaqlıq ölçüləri təkdöllü hamiləliyə nisbətən 2-3 dəfə böyüyür, bu da döl ətrafı suyun vaxtından əvvəl axmasına və erkən doğuşa səbəb ola bilər. Bu zaman qadının orqanizmi öz ehtiyatını daha sürətlə sərf etmiş olur ki, bu da nəticədə toksikozun əmələ gəlməsinə səbəb olur. Həmçinin bu zaman körpələr də təkdöllü hamiləliyə nisbətən daha darısqal mühitdə inkişaf edir. Bu səbəblər üzündən çoxdöllü hamiləlik dövrü ərzində qadın bir neçə dəfə stasionara yerləşdirilə bilər. Bu zaman qadının və döllərin vəziyyəti daimi nəzarət altında saxlanılır və lazımi müalicələr aparılır. Bəzi hallarda hamilə qadın bir neçə ay ərzində yataq recimində olmaq məcburiyyətində qala bilər.
Bir qayda olaraq çoxdöllü hamiləlik zamanı doğuş təkdöllü hamiləliyə nisbətən daha tez (hamiləliyin 36-37-ci həftəsində) baş verir. Xoşbəxtlikdən təbiət əkiz körpələri mühafizə edir: doğulan əkizlərin uyğunlaşma qabiliyyəti tək doğulan körpələrdən daha artıq olur.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1761   Tarix: 19 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

turlar.az

sade makiyaj sekilleri reseptler yay geyimləri 2026 biz və kişilər sizanaqlara qarsi maska qızartma qadın alt paltarları kosmetika xerceng hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz qiz evi ucun irem derici qizliq perdesi