Çuğundur şirəsinin qadın sağlamlığına faydaları

Çuğundur şirəsinin qadın sağlamlığına faydalarıSağlam qidalanma dedikdə çox vaxt ağla ilk gələn kələm olsa da, mütəxəssislər çuğundurun qadın sağlamlığı üçün əsl "gizli qəhrəman" olduğunu bildirirlər. Torpaq qoxulu və yüngül şirin dadı ilə seçilən çuğundur qadınların həyatının müxtəlif dönəmlərində (menstruasiya, hamiləlik və menopoz) mühüm dəstək təmin edir.
Milli.Az çuğundur şirəsinin faydaları və diqqət edilməli olan məqamları təqdim edir:
Diyetoloq Abigail Collen-in fikrincə, çuğundur lif, kalium, dəmir, folat (B9 vitamini) və antioksidantlarla zəngindir.
Lif: Həzmi tənzimləyir və qan şəkərini balanslaşdırır.
Kalium: Bədəndə maye balansını qoruyur, sinir və əzələ funksiyalarını tənzimləyir.
Nitratlar: Çuğundurdakı nitratlar bədəndə nitrik oksidə çevrilərək qan dövranını yaxşılaşdırır və əzələlərin daha səmərəli işləməsinə kömək edir.
Çuğundur suyu, yoxsa özü?
Çuğunduru bütöv yeməklə suyunu içmək arasında mühüm fərq var:
Şirə: Lif tərkibi çox azdır, buna görə də qan şəkərini bütöv çuğundurdan daha sürətli yüksəldə bilər. Lakin şirə formasında daha çox miqdarda çuğundurun qida maddələrini sürətlə qəbul etmək mümkündür.
Qadın sağlamlığına xüsusi faydaları
Menstruasiya zamanı qan itkisi ilə əlaqədar dəmir ehtiyatları azalır. Çuğundurdakı dəmir bu ehtiyatları bərpa etməyə, enerji səviyyəsini və immuniteti qorumağa kömək edir. Bir stəkan çiğ çuğundurda təxminən 1,09 mq dəmir var.
Çuğundurdakı folat (B9) dölün sağlam inkişafı üçün kritikdir və sinir borusu qüsurları riskini azaldır. Bir stəkan çiğ çuğundur gündəlik folat ehtiyacının təxminən 37%-ni qarşılayır. Lakin mütəxəssislər xatırladır ki, hamiləlikdən əvvəl və ilk trimestrdə sintetik fol turşusu takviyələri də vacibdir.
Menopozla birlikdə estrogen səviyyəsi düşür ki, bu da ürək-damar xəstəlikləri riskini artırır. Çuğundur şirəsindəki zəngin nitrat qan axınını yaxşılaşdırır və təzyiqi aşağı salır. Bu, ürək tutması və insult riskini azaltmaq üçün təbii dəstəkdir.
Nə qədər içilməlidir?
Diyetoloq Roxana Ehsani gündəlik yarım və ya maksimum bir stəkan çuğundur şirəsi ilə kifayətlənməyi tövsiyə edir.
Kimlər çuğundur şirəsi içməməlidir?
Xroniki böyrək xəstələri: Yüksək kalium tərkibinə görə təhlükəli ola bilər.
Diabet xəstələri: Yüksək şəkər və aşağı lif tərkibi qan şəkərini qəfil yüksəldə bilər.
Aşağı təzyiqi olanlar: Təzyiqi daha da sala biləcəyi üçün diqqətli olmalıdırlar.
Əgər hər hansı sağlamlıq probleminiz varsa, rasionunuza çuğundur şirəsi əlavə etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1153   Tarix: 19 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

gözəllik məhsulları yemek reseptleri toy makiyajlari qara qaragatin faydalari qadin dunyasi net kısa saç hörükləri kesmikli blincik kosmetika qz eviyçun hakışta qiz burcu sevda toy gecesı hüzeyir hacibəyov