Çuğundur suyunun yeni faydalı xüsusiyyəti aşkar edildi

Çuğundur suyunun yeni faydalı xüsusiyyəti aşkar edildiLondon İmperial Kollecinin alimləri müəyyən ediblər ki, çuğundur suyu içmək xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan insanlarda qan təzyiqini aşağı salır və əmək qabiliyyətini yaxşılaşdırır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "European Respiratory Journal" nəşrində dərc olunub.
Tədqiqatda XOAX-dan əziyyət çəkən 81 nəfər iştirak edib. Bu həyati təhlükə yaradan ağciyər xəstəliyi tənəffüs yollarının iltihabı və bronxların şişkinliyi ilə xarakterizə olunur. İştirakçılar təsadüfi olaraq iki qrupa bölüşdürülüb. Birinci qrupun iştirakçıları 12 ay ərzində gündəlik 70 millilitr konsentratlaşdırılmış çuğundur suyu qəbul ediblər, ikinci qrupun iştirakçılarında isə "platsebo" effekti yoxlanılıb.
Təcrübənin nəticələri göstərib ki, konsentratlaşdırılmış çuğundur suyu içən insanlarda sistolik qan təzyiqi orta hesabla civə sütunu üzrə 4,5 millimetr azalıb. Həmçinin birinci qrupdan olan könüllülərdə dözümlülük və əmək qabiliyyəti göstəriciləri artıb - tədqiqatı başa vurduqdan sonra altı dəqiqə ərzində onlar əvvəlkindən daha çox məsafə qət edə biliblər.
Alimlər vurğulayıblar ki, çuğundur suyu XOAX müalicəsi üçün təhlükəsiz köməkçi vasitə kimi istifadə edilə bilər. Xüsusilə bu içki qan təzyiqini normallaşdırmaqla XOAX olan insanlarda ürək-damar sistemində ağırlaşmaların yaranması riskini azalda bilər.
Qeyd olunub ki, çuğundur suyunun orqanizmə təsirini dərindən öyrənmək üçün bir sıra əlavə tədqiqatlar aparmaq lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 884   Tarix: 24 dekabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb

Bəzi insanların ağcaqanadların hədəfinə digərlərindən daha tez çevrilməsinin səbəbləri açıqlanıb. xəbər verir ki, rusiyalı mütəxəssis Nikolay Durmanov bildirib ki, bu, əsasən insan orqanizminin yaydığı qoxular, bədən istiliy

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır". . xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

.

Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi

Akromeqaliya bədəninizin həddindən artıq böyümə hormonu (GH) istehsal etməsi nəticəsində yaranan bir endokrin xəstəliyidir. Böyümə hormonu artıqlığı qaraciyərdən ifraz olunan "insulin bənzəri böyümə faktoru 1" (IGF-1

.

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

.

Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı

Yuxunuzun keyfiyyətinə təsir edən ən mühüm amillərdən biri yataq otağınızın temperaturu ola bilər. Mütəxəssislərə görə, nə çox isti, nə də çox soyuq mühit idealdır; bəs dincəldici bir yuxu üçün otaq temperaturu neçə dərəc

.

Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?

"İsti havalarda uzun müddət günəş altında qalan və ya yüksək temperatur şəraitində fiziki fəaliyyət göstərən şəxslərdə günvurma baş verə bilər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagra

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

.

Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur

Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəl

turlar.az

yaz geyimleri 2026 gozel gorunmek qadın geyimi sengulum nagili xren yarpagi uze qulluq maskalari sevgi dünyası kosmetika novruz bayramina aid hakisdalar bayati rus dilini oyrenek 2ci ders bayraq faydalı bilgilər