Çuğundurun bilmədiyimiz 6 faydası - Süfrənizdən əskik etməyin

Çuğundurun bilmədiyimiz 6 faydası - Süfrənizdən əskik etməyinÇuğundur çox faydalı tərəvəzdir. Bu möcüzəvi bitkinin bir çox unikal xüsusiyyətləri də var. Onun tərkibində olan qidalı maddələr və antioksidantlar əsl sağlamlıq mənbəyi hesab edilir.

Oxu24.com çuğundurun bilmədiyimiz 6 faydasını təqdim edir:

1. Çuğundur orqanizimdə olan azad radikalları məhv edərək orqanizmi onların zərərli təsirlərindən qoruyur. Bu maddələr orqanizmdə gedən metobolitik prosesslərin təsiri ilə yaranır. Stress, qidalanma, ətraf mühitin çirklənməsi kimi bir sıra amillər azad radikalların əmələ gəlmə prosesini sürətləndirir. Bu maddələr artrit, xərçəng, Altsheymer kimi bir çox təhlükəli xəstəliklərin meydana çıxmasına səbəb olur.

2. Qan təzyiqinin aşağı salınmasında çuğundur şirəsinin rolu böyükdür. Aparılan araşdırmada könüllülər gün ərzində 500 ml çuğundur şirəsi qəbul etmişlər. 3 saatdan sonra onların qan təzyiqində azalma müşahidə edilib. Bu effekt çuğundur pəhrizi saxlayan insanlarda daha yaxşı meydana çıxır. Səbəbi onun tərkibində olan nitratların orqanizmdə azot oksidinə çevrilməsidir. Azot oksidi qan damarlarını genişləndirərək təzyiqin aşağı düşməsinə səbəb olur.

3. Çuğundur dəridə, prostat vəzində, süd vəzində və ağciyərlərdə əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Ona bu xüsusiyyəti verən maddə betain maddəsidir.

4. Çuğundur beynin fəaliyyətini artırır. Onun tərkibində olan nitratlar beyinin oksigensiz qalan hissələrinin işini yaxşılaşdıraraq yaddaşı qüvvətləndirir.

5. Qaraciyər orqanizmin təmizlənməsində əhəmiyyətli rol oynayır. Amma toksik maddələrin bu orqanda yığılması nəticəsində onun işi pozulur. Çuğundur şirəsi qaraciyər hüceyrələrini toksinlərdən qoruyaraq onu təmizləyir.

6. Çuğundurun tərkibində olan betain maddəsi hüceyrələrda əsasən də qaraciyər hüceyrələrində piy toplanmasının qarşısını alaraq onları cavan saxlayır. Buna görə də, çuğundurdan qaraciyərin hepatozunun praflaktikasında istifadə edilir.

Həkimlər bildirirlər ki, qırmızı rəngli tərəvəzlərin şirəsindən gün ərzində 5-6 fincandan çox istifadə məsləhət deyil!

Xəbərlər     Baxılıb: 1646   Tarix: 27 yanvar 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

geyim necə seçməli gozel gorunmek gelinlikler kelem tutmasinin hazirlanmasi hamiləliyə hazırlıq balıq və dəniz məhsulları gözəl geyimlər kosmetika bayati cantalar klitor atalar sözü kurtlar vadisi