Daban çatlarına qarşı bunları edin - VACİB MƏSLƏHƏT

Daban çatlarına qarşı bunları edin - VACİB MƏSLƏHƏTYay aylarında bir çox insanlar dabanlarda olan çatlardan əziyyət çəkir. Çatlar qanayır, ağrıyır, insana yerimək çətin olur.
Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, müalicəsiz buraxılmış çatlar yaralara çevrilir, irinləyir. Bu halda insan mütləq  peşəkar tibbi yardım üçün həkimə (dermatoloq, cərrah) müraciət etməlidir.
Şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri, piylənmə, qastrit və s. pozulmalardan, avitaminozdan (vitaminlərin çatışmazlığı) əziyyət çəkən insanlar, yaşlı insanlar daban çatlarından daha tez-tez hallarda əziyyət çəkir.
Dabanlarda çatların əmələ gəlməsinə bir çox hallarda yayda geyinilən açıq ayaqqabılar ("şap-şap", sabo və s.) səbəb olur. Belə ayaqqabıların arxa hissəsi daim dabanları vurur və bunun nəticəsində bu hissədə olan dəri codlaşır və çatlayır. Bu səbəbdən əgər siz daim daban çatları problemi ilə üzləşirsinizsə, bağlı ayaqqabıya keçin. Təbii ki, ayaqqabı yüngül, "nəfəsalan" və təbii dəridən və ya təbii parçadan olmalıdır.
Ayaq dərizinə düzgün olmayan baxım da çatların əmələ gəlməsi səbəb ola bilər. Əgər insan daim pəncə nahiyəsini çox tez-tez və güclü şəkildə pemza (daban daşı) və digər bu kimi vasitələrlə sürtürsə, bu da çatların əmələ gəlməsinə gətirib çıxarda bilər.
Çatlar göbələk infeksiyanın əlaməti də ola bilər. Bu halda həkimin təyinatı ilə xüsusi göbələk əleyhinə preparatlardan istifadə olunmalıdır.
Əgər çatlar səthidirsə, bizim məsləhətlərimizdən istifadə edin. Bu sadə məsləhətlər sizə bu problemdən qurtulmağa kömək edəcək.
Beləliklə, əgər çatlar səthidir, qızarmayıb və irinlənməyib, bu kimi məsləhətlərdən istifadə edin:
1. Axşam yatmazdan əvvəl isti suya kraxmal əlavə edib ayaq vannanı edin (1 l isti su + 1 xörək qaşığı kraxmal). Kraxmal ayaq dərisini yumşaldır.
Bundan əlavə ayaq vannasına soda və sabun əlavə etmək olar. 2 l isti suya 1 xörək qaşığı soda və 1/2 çay qaşığı yumşaq sabun əlavə olunur. Belə vannada da ayaqların dərisini yumşaldır.
Ot dəmləmələri ilə vannalar da (gicitkən, çobanyastığı, kalendula, bağayarpağı) çox yaxşı effekt verir. Bu vannalar antiseptik və yara sağaldan təsir edir.
2. Ayaqların dərisini yaxşı yumşaltdıqdan sonra dərini pemza ilə (daban daşı) sürtün. Çalışmayın, ilk dəfədən bütün artıq dərini təmizləyəsiniz. Bunun üçün nəzərdə tutulmuş dəmir vasitələrdən istifadə etməyin - onlar dərini lazım olandan artıq "soyur" və bu vəziyyətin daha da ağırlaşmasına səbəb olur.
3. Artıq dərini təmizlədikdən sonra ayaqlarınıza qalın qatla vazelin çəkin. Vazelin və vazelin tərkibli məlhəmlər dabanlarda çatların sağalmasına yaxşı kömək edir. Tərkibində lanolin olan vasitələr (kremlər, məlhəmlər), salisil məlhəmi də çatların sağalmasına kömək edir.
Naşatır spirti ilə qliserini qarışdırın (1:1 nisbətində) və çatlara çəkin. Qliserin və sirkənin qarışığından da istifadə etmək olar.
Çatlar tam sağalana kimi seçilmiş vasitəni dabanlara çəkin və bintlə yüngül sarıyın.
Çatların profilaktikası üçün:
- Ayaqlarınızı hər gün hər hansı yumşaq vasitə ilə (krem-sabun, duş üçün gel) yuyun. Yuduqdan sonra ayaq dərisinə yağlı krem və ya uşaq yağı çəkin.
- Həftədə 2 dəfədən az olmayaraq ayaq vannaları edin və ayaqlarınızı artıq dəridən təmizləyin.
Milli.Az

Xəbərlər     Baxılıb: 1764   Tarix: 13 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim necə seçməli gozel gorunmek qadin dunyasi əbdürrəhim bəy haqverdiyev seks hekayələri nergiz pasayeva ədəbiyyat testləri kosmetika haxista mekteb baldiz dovsan maskalar