Dadlı, şirin və faydalı tut

Dadlı, şirin və faydalı tutTut Azərbaycan torpağında qədimdən becərilən bitkidir. Meşələrdə cır tutun bir neçə forması var: ağ tut, qara tut və mor tut.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev deyib: "Tutu payızda, qışın şaxtasız günlərində və erkən yazda əkmək olar. Havalar istiləşən kimi ağacda tumurcuqlar açmağa başlayır. Həmin vaxt müntəzəm suvarma aparmaq lazımdır. Tut çox su sevən ağac deyil, lakin əkildiyi ilk dövrlərdə ona qulluq tələb olunur. Əkiləndən sonra ona bir-iki il ardıcıl su verilməlidir ki, kök sistemi yaxşı inkişaf etsin".
Tut dərdlər dərmanı, yaraların məlhəmidir. Tut ağacından ət döymək üçün toxmaq hazırlanır. Su dəyirmanının unluğu, təhnəsi, xəlbirin və ələyin sağanağı tut ağacından hazırlanır. Musiqi və məişət alətlərinin hazırlanmasında onun oduncağı əvəzsiz xammaldır. Tutun təzə, xırda yarpağına dolma bükülür.
Botanik-alim deyib: "Tutun yarpağından tutmuş meyvəsinə, cecəsinə qədər müxtəlif məqsədlərlə istifadə edilir. Hər səhər onun meyvəsini acqarına yemək qanı təmizləyir. Tut meyvəsi və ondan hazırlanan doşab və irçal daxili xəstəliklər zamanı çox böyük şəfaverici rol oynayır.
Qaraciyər ağrılarında qara tut, həzmi yaxşılaşdırmaq üçün isə tam yetişməmiş turş tut meyvələrini yemək müalicəvi təsir göstərir. O, həm də qan təzyiqini aşağı salır və iştaha gətirir. Tut meyvəsinin şirəsi boğaz ağrıları və difteriyada faydalıdır, anginada qarqara kimi istifadə olunur".
Onun dediyinə görə, qara tut həzmi yaxşılaşdırır və mədəni möhkəmləndirir: "Dizenteriya, diabet, qanazlığı və orqanizmin ümumi zəifliyində çox faydalıdır. Ağ tutun yarpaqları dəmlənilərək soyuqdəymələrdə hərarətsalıcı vasitə kimi, yarpaqları və qabıqları isə dəmləmə və bişirmə şəklində epilepsiya əleyhinə məlhəm kimi qoturluq əleyhinə işlədilir. Tutun gövdə və kök qabığının dəmləməsi, bişirməsi və maye ekstraktı hipertoniya, sidikqovucu və qurd xəstəliklərində tətbiq edilir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1342   Tarix: 15 iyul 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

hamilelikde qidalanma yay kolleksiyasi kosmetoloq sirin gilas 2026 qonaq otagi salatların bəzədilməsi uz derisine qulluq maskalari kosmetika sekis kahfe fali novruz hakistasi veten haqqinda atalar sozu novruz hakışdaları