Dağıntılar altından sağ çıxanlar niyə ölür? - Zəlzələdən də dəhşətli KRAŞ SİNDROMU

Dağıntılar altından sağ çıxanlar niyə ölür? - Zəlzələdən də dəhşətli KRAŞ SİNDROMUSon günlər dünya gündəmini zəbt edən Türkiyədə baş vermiş zəlzələ minlərlə insanın həyatına son qoymaqda davam edir.
Zəlzələlərin törətdiyi fəsadlardan başqa, insanları dəhşətə gətirən daha bir fakt isə dağıntılar altından sağ çıxarılan şəxslərin bir neçə saat sonra ölməsidir. Hətta bəzi hallarda bu ölümlərin sayı zəlzələ anında qeydə alınan ölüm sayından çox olur.
Türkiyədə baş verən dağıdıcı zəlzələdə indiyədək təxminən 2000 insan dağıntılar altından çıxarıldıqdan sonra həyatlarını itirib.
Mütəxəssislər bunun səbəbini Sıxılma Sindromu ilə (Kraş) əlaqələndirirlər.
İngilis sözü olan "Crush" əzmək deməkdir. Əzilmə zədəsi yalnız travmanı təsvir edir. Zəlzələ zamanı bütün xəsarətlərin təxminən 2%-dən 5%-ə qədər əzilmə sindromunun baş verəcəyi və bu sindroma yoluxanların təxminən yarısında kəskin böyrək çatışmazlığı olacağı proqnozlaşdırılır.
Bəs kraş sindromu nədir və necə yaranıb?
Kraş - uzunmüddətli sıxılma sindromu...
Milli.Az lent.az-a istinadən bildirir ki, bədənin hər hansı bir hissəsinin 2-4 saat və ya daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına Kraş, yəni uzunmuddətli sıxılma sindromu deyilir.
Dağıntılar altından sağ çıxanlar niyə ölür? - Zəlzələdən də dəhşətli KRAŞ SİNDROMUBu sindrom ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən meydana gəlib. 1941-ci ildə İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid edib.
Sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Belə ki, uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə bu qaydada təsnif olunur:
toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə);
yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş);
müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə);
qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə);
dərəcəsinə görə (yüngül, orta, ağır);
dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma);
fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı).
Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Nəticədə toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır.
Eyni zamanda, tibbdə uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır:
şok dövrü - ödəmin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü 3-9 gün davam edir; sağalma dövrü.
Şok dövrü...
Şok dövründə - bədənin sıxılmaya məruz qalmış hissəsinin dərisində tünd-göyümtül ləkələr, şəffaf, yaxud hemorragik maye ilə dolu suluqlar müşahidə olunur. Xüsusən ətraflarda ödəm artır, səthi damarlarda nəbz itir. Əzilməyə məruz qalmış şəxsin vəziyyəti get-gedə ağırlaşır, huşu alaqaranlıqlaşır, arterial qan təzyiqi enir. Nəbz sürətlənir və hərarət yüksəlir.
Əllə yoxladıqda toxumaların taxta kimi bərkidiyi təyin edilir, barmaqla basdıqda izləri qalır. Sıxılmış ətrafın oynaqlarında hərəkətsizlik törənir, hissiyyat bütünlüklə itir. Ağır hallarda nəbz seyrəlir, selikli qişalar quruyur, sidiyin miqdarı azalır, rəngi qızarmış, bulanıq olur. Ürək-qan-damar sistemində başlayan dekompensasiya ölümlə nəticələnir.
Böyrək çatışmazlığı dövrü...
Bu dövrdə - qan dövranı bərpa olunur, ancaq böyrək çatışmazlığı əlamətləri başlayır. Ağrı azalır, arterial qan təzyiqi normaya düşür. Nəbz seyrəlir, bədənin hərarəti enir (37,3°-37,5°). Böyrək çatışmazlığı artmağa başlayır, sidik ifrazı azalır. Qanda sidik cövhəri, azot qalığı və kreatinin səviyyəsi yüksəlir. Aparılan müalicə əhəmiyyət vermədikdə böyrək çatışmazlığı uremiyaya, ölümə səbəb olur.
Sağalma dövrü...
Sağalma dövrü - sıxılmaya məruz qalmış şəxsin vəziyyəti tədricən yaxşılaşır, qanda azot qalığının səviyyəsi enir, sidik ifrazı artır. Toxumalarda ödəm, ağrı hissi azalır, hissiyyat və oynaqlarda hərəkət bərpa olunur. Nekroza uğramış toxumalar məhdudlaşır, yaşamaq qabiliyyətini saxlamış toxumadan təcrid olunur. Travmatik nevrit əlamətləri qalır. Uzun müddət sıxılma sindromu diaqnozu sorğuya əsasən qoyulur. Əzilməyə məruz qalmış toxumalardakı yerli əlamətlərlə yanaşı, sidikdə mioqlobulinin aşkarlanması diaqnozu təsdiqləyir.
Sindromun müalicəsi...
Ətrafı sıxılmadan azad etdikdən dərhal sonra ona turna qoyulmalı, şinalarla hərəkətsizləşdirməlidir. Ödəmin tez artmasının qarşısını almaq üçün əzilmiş ətraf bintlə sarınmalı və buz dolu kisələrlə əhatə olunmalıdır. Ümumi müalicə kimi intensiv dezintoksikasion və antibiotikoterapiya aparılmalıdır.
Cərrahi müalicəsi...
Şok dövründə cərrahi əməliyyat ciddi göstərişlərlə icra olunmalıdır. Bu dövrdə xəstənin ətraflarında geri dönməz işemiya davam edirsə, ətrafın yaşama ehtimalı yoxdursa, hadisə yerində qoyulmuş turna azad edilmədən, ondan mərkəzə doğru həyati göstərişlə amputasiya aparılmalıdır. Ətrafda aramsız davam edən ödem olduqda - fassiyatomiya ilə toxumaarası mayenin axmasına şərait yaradılmalıdır. Nekrozlaşmış toxumalar xaric edilməlidir.
İkinci addım...
İrinliklərin açılması, nekrektomiya, yaranın ikincili işlənməsi, gecikmiş amputasiya icra olunur. Qanın ekstrakorporal təmizlənməsi - hemodializ aparılır.
Son addım...
Ən sonda irinli fəsadların müalicəsi aparılır, ikincili tikişlər qoyulur və göstərişlərlə dənəvər toxumalı (qranulsiya ilə örtülmüş) yara səthlərinə dəri köçürülür.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1098   Tarix: 15 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

qadın geyimi adlarin menasi qadin sayti boy uzadan saç hörükləri sağlam ol ciyer qovurma kosmetika sperma rus dili 2ci ders hamilelik orqazm rus dilin nece orenek