Daha bir məşhurdan ÜZÜCÜ XƏBƏR! Oğlu... - FOTO
Əfsanəvi futbolçu Pelenin oğlu həbs olunub.
Xanim.az APA-ya istinadən xəbər verir ki, Edson Şolbi Nasimentu (Edinyo) 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.
Braziliya məhkəməsi 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb.
Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb.
Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.
Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib.
"Çox məyusam, çünki məni törətmədiyim cinayətdə - çirkli pulların yuyulmasında ittiham edirlər", - o bildirib.
Araşdırma 2005-ci ildə başlayıb. Edinyoya qarşı tanınmış narkotacirlərlə əlaqə və narkoticarətdə iştirakla bağlı ittiham irəli sürülüb. O isə ittihamları qətiyyətlə təkzib edərək bildirib ki, narkotik qəbul etsə də, onların satışında iştirak etməyib.
Edinyo ötən əsrin 90-cı illərində Braziliyanın məşhur "Santos" klubunda çıxış edib. Onun atası Pele də məhz "Santos"da məşhurlaşıb.
f Paylaş








Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Məşhur aktyor ürəyindən əməliyyat oldu
Rusiyalı sənətçi Polşada güllələndi
"Sevdam Karadeniz" serialında ard-arda ayrılıq: Aslıhan Malbora da layihədən getdi
Aysel zəhərlənib, vəziyyəti yaxşı deyil' - FOTO
Taşacak bu deniz'də ayrılıq: 'Gezep' yeni mövsümdə olmayacaq
Zəng' qorxu filminin aktrisası gənc yaşda vəfat etdi - FOTO
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Acunundan ayrılan xanımı yenidən ərə gedir
Cavan Zeynallının səhhətində problem yarandı
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı